Məmurların oğurladıqları milyardları necə qaytarmaq olar? - "Xüsusi mexanizm hazırlamaqla..."

28 aprel, 2021 15:16

Vətən Müharibəsi başa çatdıqdan sonra rüşvətxor və korrupsioner məmurların həbsi yenidən gündəmə gəlib. Bəzi ekspertlər hesab edirlər ki, həbs edilməyən indiki və sabiq məmur-oliqarxların əlində 10 milyard manatdan çox vəsait var. Ümumi qənaət isə bundan ibarətdir ki, həmin vəsaiti dövlət büdcəsinə qaytarmağın ən asan yolu bu adamları həbs etməkdən keçir.

Maraqlıdır, məmurları həbs etməklə onların xalqdan oğurladıqları vəsaiti dövlət büdcəsinə geri qaytarmaq mümkün ola bilər?

Azsiyasət.com xəbər verir ki, məsələni yenisabah.az-a şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli hazırda məmurların sahib olduğu varidatın rəqəmsal olaraq hansısa bir formada ifadə edilməsinin çətin olduğunu vurğulayıb:

“Bunun hesablanması, araşdırması aparılmalıdır. Söhbət milyardlardan gedə bilər, burada təəccüblü heç nə yoxdur, çünki korrupsiya uzun illərdir idarəetmənin tərkib hissəsi kimi fəaliyyət göstərir. Əsasən də, büdcə korrupsiyası çoxlu sayda məmurların varlanmasına səbəb olub. Amma onu da bilmək lazımdır ki, məmurların korrupsiya yolu ilə əldə etdiyi vəsaitin çox cüzi hissəsi Azərbaycandadır. Böyük bir hissəsi ölkədən illərdir çıxarılıb. Hətta beynəlxalq  monitorinq qruplarının araşdırmaları da var ki, Azərbaycandan son 20 ildə ən azı 40 milyard dollara yaxın pul çıxarılıb. Bu, onu göstərir ki, məmurların əldə etdiyi vəsaitin böyük bir hissəsi Azərbaycanda deyil. Azərbaycanda çox zaman onlar daşınmaz əmlak və müxtəlif biznes strukturları saxlaya bilirlər. Amma bu, dəryada bir damladır”.

Ekspert qeyd edib ki, hətta həbs olunmuş məmurların əllərində olan vəsaitin dövlət büdcəsinə keçirilməsi üçün də xüsusi bir mexanizm lazımdır:

“Dövlət özünü Robin Hud kimi apara bilməz ki, vəsaiti onların əllərindən alıb büdcəyə keçirsin. Bunun bir qanuni əsası, məhkəmə qərarı olmalıdır. Məhkəmədə sübutlar təqdim edilməlidir. Çox ciddi prosedurlara söykənərək bu addımlar atılmalıdır. Amma daha məntiqli olardı ki, ölkənin, biznesin, idarəetmənin sağlamlaşdırılması üçün birdəfəlik maliyyə amnistiyası məsələsi gündəmə gəlsin. Başqa yol yoxdur, dünyanın,- Şərqi Avropa, keçmiş postsovet ölkələrinin və Baltikyanı ölkələrin,- timsalında biz bunu gördük ki, maliyyə amnistiyası, reabilitasiya haqqında qanun qəbul olunmadan sağlamlaşdırma tədbirlərinin görülməsi mümkünsüzdür”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, ölkədə yeni bir mühitin yaranması, məmur biznesinə son qoyulması və ölkənin əlavə bir maliyyə mənbəyinə çıxış əldə etməsi üçün maliyyə amnistiyasının çox sərt qaydalarla həyata keçirilməsi vacibdir:

“Həmin amnistiyadan əldə olunacaq vəsaitin birbaşa dövlət büdcəsinə köçürülməsinin əleyhinəyəm. Çünki bu, hökuməti tənbəlləşdirəcək, əlavə vəsait əldə etdikdən sonra öz işlərini normal görməkdə müəyyən problemlər yaşanacaq. Ona görə də xüsusi Prezidentin sərəncamı ilə Tərəqqi Fondu yaradılmalıdır. Bu vəsaitlər həmin fonda köçürüldükdən sonra həm işğaldan azad olunmuş torpaqlarda istifadə olunmalı, həm də ancaq sosial məsələlərə, məsələn, təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına, kiçik və orta sahibkarlığa faizsiz kreditlərin verilməsinə xərclənməlidir. Dediyim kimi, birbaşa büdcəyə köçürülsə, hökumət öz işini görməkdə tənbəlləşəcək. Necə ki uzun illərdir neft pulları büdcənin böyük bir hissəsini təşkil edirdi deyə, hökumət bəzi sahələrdə islahatları ildən-ilə gecikdirirdi, indi birdən-birə əlavə 5-10 miyard vəsaitin büdcəyə daxil olması, hökumətin bəzi addımlarda daha ləng davranmasına səbəb ola bilər. Ona görə də ayrıca büdcədən kənar dövlət fondunun yaradılması həm də sosial ədalətin bərpasının bir elementinə çevrilə bilər. Obrazlı desək, xalqdan oğurlananlar yenidən xalqa qaytarıla bilər”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"