YAP-ın mətbuat katibi işdən qovuldu

28 aprel, 2021 20:50

Yeni Azərbaycan Partiyasında (YAP) kadr islahatları davam edir.

Azsiyasət.com unikal.org-a istinadən məlumat verir ki, uzun illərdir partiyanın Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışan Hüseyn Paşayev tutduğu vəzifədən azad edilib. Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, Hüseyn Paşayev ötən gün Mərkəzi Seçki Komissiyasının üzvü seçildiyi üçün YAP-dakı vəzifəsindən azad edilib.