Paşinyanın təyyarəsi xarab oldu - Kazandan qayıda bilmir

01 may, 2021 00:27

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin hökumət başçılarının iclasında iştirak etmək üçün getdiyi Kazan şəhərində daha bir kuryozla qarşılaşıb.

Ermənistan hökumətinin yaydığı məlumatda deyilir ki, onun təyyarəsində nasazlıq yaranıb və nəticədə Paşinyanın Yerevana qayıtması ləngiyir. “Hazırda nasazlığın aradan qaldırılması üçün iş gedir, əgər nasazlığı aradan qaldırmaq mümkün olmasa nümayəndə heyəti başqa təyyarə ilə qayıdacaq”,- məlumatda deyilir.

Bundan əvvəl Paşinyan Kazanda keçirilən iclasda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinə “Qarabağda müharibənin bərpasına görə” minnətdarlıq ifadə etmişdi-“priostonovleniya” əvəzinə “vostanovleniya” sözü işlətmişdi. O, dəfələrlə bu cür kuryozlarla üzləşib.