Kreml "B planı"na keçir: "Xocalı canisi parlamentə spiker gətirilir..."

01 may, 2021 11:37

Ermənistanda kritik seçki gəlişməsi: Paşinyan “Sem dayı”nın yox, Moskvanın “yol xəritəsi” ilə barışıb; onun başı üzərində “Domokal qılıncı” rolunu oynamaq isə Köçəryana tapşırılıb...

Ermənistanda seçki ehtirasları getdikcə qızışmaqdadır. Artıq dünənədək “İstefa!” qışqıran radikal-revanşist müxalifətin aparıcı qüvvələri baş nazir əvəzi Nikol Paşinyanın oyun qaydalarını qəbul edərək, bir-bir erkən parlament seçkilərində iştirak qərarı verir. Dünən onlardan daha biri – eks-prezident Serj Sərksiyanın rəhbəri olduğu Respublikaçılar Partiyası Artur Vanetsaynın başçılıq elədiyi “Vətən” partiyası ilə koalisiyada seçkilərə qatılmaq haqda razılığa gəlib.

Xatırladaq ki, 2018-ci ilin dekabrında da Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilmişdi və o vaxt Sərkisyanın partiyası parlamentə düşə bilməmişdi. Çünki o və təmsil elədiyi “Qarabağ klanı” ölkədə korrupsiya çetesi kimi tanınır və hələ də ictimai nifrət obyekti olaraq almaqdadır. Odur ki, keçmiş hakim partiyanın ayrılıqda bu dəfə də parlamentə düşə bilməyəcəyi gün kimi yəqin idi. Bunu “Gallup”un keçirdiyi rəy sorğuları da təsdiqləyirdi.

Diqqətçəkicidir ki, Qarabağ klanının odioz siması olan Xocalı hərbi canisi Serj Sərkisyan seçkilərə klanın digər odioz üzvü və sabiq silahdaşı, Xocalı canisi, eks-prezident Robert Köçəryanla deyil, Vanetsyanla getmək qərarı verib. Hərçənd o da, Putinin yaxın dostu hesab edilən Köçəryan da, həmçinin Ermənistan Təhlükəsizlik Xidmətinin sabiq direktoru, Paşinyanım qatı rəqibi, general Artur Vanetsyan da Moskvanın adamları sayılırlar.

 Robert Köçəryan

Köçəryan isə xəbər verildiyi kimi, daşnaklarla ittifaqda seçkilərdə gedir. Ancaq Ermənistanda kimin kimlə “siyasi izdivac”da parlament seçkilərinə qatılmasından asılı olmayaraq, seçki prosesində həlledici sözü Moskva deyəcək. Daha doğrusu, artıq deyib.

Belə ki, həm Nikol Paşinyanın, həm də Robert Köçəryanın son Moskva səfərlərindən aydın oldu ki, Kreml hələlik Nikolun öz postunda qalmasında maraqlıdır, lakin Moskvanın ciddi nəzarəti altında. Yəni onun başı üzərində “Domokl qılıncı” saxlanmaqla. “Domokl qılıncı” rolu isə belə görünür, Köçəryana tapşırılıb...

Artur Vanetsayn

*****

“Yeni seçkilərdən sonra Robert Köçəryan parlamentin spikeri postunu tuta bilər”.

“Yeni Müsavat”ın məlumatına görə, belə bir proqnozla beynəlxalq konfliktlər üzrə rusiyalı ekspert Vitali Arkov çıxış edib (Axar.az). Onun sözlərinə görə, Ermənistanda aparıcı siyasi qüvvələr arasında güzəştə getmək ehtimalı yüksəkdir.

“Onlar məhz uzanan daxili siyasi böhranının həllində vasitəçi rolunu oynayan Kremlin təklifi və təzyiqi altında pərdəarxası siyasi anlaşmaya gedib. Kompromis Nikol Paşinyana təzədən Ermənistan hökumətinin başçısı vəzifəsini tutmağa imkan verəcək, lakin onun “Mənim addımım” partiyası Ermənistan Milli Məclisinin yeni tərkibində konstitusiya çoxluğu qazanmayacaq”, - deyə Arkov ehtimal edib.

 Vitali Arkov

Politoloqun qənaətincə, bu da parlamentin rolunu əhəmiyyətli dərəcədə artıracaq: “Çünki Ermənistan “parlamentli respublika” anlayışına daha çox uyğun gələcək və Ermənistanın ikinci prezidenti Robert Köçəryanı hakimiyyət Olimpinə qaytaracaq. Köçəryan yenilənmiş Milli Məclisin spikeri postunu tutacaq”.

*****

Əlbəttə ki, belə bir sonluq, siyasi konfiqurasiya Paşinyanı qane eləməsə də, o, reallıqla - Moskvanın cızdığı “yol xəritəsi” ilə barışmaq zorundadır. Çünki “Sem dayı” uzaqda – okeanın o tayında, Rusiya isə lap yaxında, Ermənistanın içindədir – özünün ordusu, əsgəri ilə birgə. Moskva isə adətən “sayıb kəsmir, kəsib sayır”.    

Bu xüsusda bir çox analitiklər əmindir ki, ABŞ prezidenti Co Baydenin saxta soyqırımı tanıması həm də seçki dövründə Nikol Paşinyanın Rusiyayönlü qüvvələr qarşısında mövqeyini və əlini gücləndirməyə yönəlib. Yəni hesablama onadır ki, təzə parlamentdə də Moskvaya sadiq qüvvələr azlıqda qalsın və ya yeni baş nazir seçkisinə əsir imkanları minimuma ensin.

Hərgah, bütün hallarda Paşinyan və komandasının 20 iyun seçkilərində konstitusion üstünlük qazana bilməyəcəyi indidən aydındır. Hər necə olmasa, ağır müharibə və kapitulyasiya, “məxməri inqilab” zamanı verilən vədlərin çoxunun puç olması öz işini görüb və Nikolun əvvəlki reytinqini tarixə çevirib.

Bundan əlavə, 44 günlük müharibədən sonra daha rəzil və miskin duruma düşən Ermənistanın Rusiyadan asılılığı xeyli dərəcədə artıb. Ermənistan adlı simvolik dövlətin, Qarabağdakı anklavda qalmış bir ovuc separatçının varlığı indi bütünlüklə Rusiyadan asılıdır. Bunu “qərbçi” Paşinayan da, ümumən erməni elektoratı da çox yaxşı başa düşür – sözdə rusları xəyanətkar elan edib asıb-kəssələr də.

Bu mənada qarşıdakı parlament seçkiləri əslində Paşinyanın və ya uzaq ABŞ-ın - “Sem dayı”nın deyil, Moskvanın seçkiləri olacaq, onun “oyun qaydaları” əsasında keçiriləcək. Kreml “B planı”nı tam həcmdə işə salmış kimi görünür...

Musavat.com

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"