Tacikistan sərhədə qoşun yığır, Qırğızıstanda matəmdir

01 may, 2021 13:29

Tacikistanla Qırğızıstan arasında iki gün davam etmiş və onlarla insanın həlak olmasına gətirib çıxarmış sərhəd toqquşmasının ardınca tərəflər atəşkəsə razı olsalar da vəziyyət gərgin olaraq qalır. Bu gün səhər saatlarında Qırğızıstanın sərhəd xidməti Tacikistanın sərhədə hərbi texnika cəmləşdirdiyini xəbər verib. Məlumatda deyilir ki, vəziyyət gərgindir və toqquşmalar yenidən başlaya bilər.

Qırğızıstan tərəfi sərhəd toqquşmalarında həlak olan mülki şəxslər və hərbçilərlə bağlı mayın 1-də və 2-də ümummilli matəm elan edib, dövlət bayraqları endirilib. Qırğızıstan tərəfi toqquşmalarda cəmi 31 nəfər itirdiyini bildirir, 200-ə yaxın yaralı var. Sərhədə yaxın kəndlərin 3 mindən çox sakini evakuasiya edilib, kəndlərdə xeyli evlər və obyektlər yandırılıb.

Tacikistan tərəfi isə toqquşmalarda 8 nəfər itirdiyini bildirir, lakin bu rəqəmin nə dərəcədə doğru olduğu məlum deyil. Çünki Tacikistanda sərt avtoritarizm hökm sürür və informasiya üzərində ciddi nəzarət var.

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən Tacikistan ordusu Qırğızıstan ordusunun hərbi texnika kalonuna zərbə endirib, bu zaman azı bir BTR-70 və bir tank sıradan çıxıb. Habelə iki qırğız zabitinin girov götürüldüyü bildirilir.

Xatırladaq ki, Aprelin 29-da baş vermiş insidentə görə tərəflər bir-birini ittiham edirlər. Mübahisəyə səbəb sərhəddə yerləşən supaylayıcı məntəqə olub.Sakinlərlə hərbçilər arasında mübahisə aprelin 28-də başlayıb. Ertəsi gün tərəflər bir-birlərini atəş açmaqda ittiham ediblər. “Qolovnoy” supaylayıcısı qurğusu Sovet İttifaqının 1960-cı illərində Qırğızıstanın sifarişi ilə tikilib.Lakin Taciksitan rəsmiləri iddia edirlər ki, məntəqə Tacikistan ərazisindədir və həmişə onun istifadəsində olub.

Supaylayıcı məntəqəyə yaxın kəndlərin sakinləri arasında münasqişələr ötən əsrin sonlarından başlayıb.1974-cü ildə burada ilk silahlı üsyan qeydə alınıb.Qırğızısatn tərəfi bildirr ki, qarşıdurma tacik tərəfi məntəqəyə müşahidə videokamerası qoyandan sonra qızışıb. Supaylayıcı stansiyanın həyətinə 100-150 nəfər yığılıb. Onlar əvvəlcə bir-birlərini daşa basıblar. Bundan sonra atəş açılıb.

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"