"Fransa Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırıla bilər" - Sergey Markov
02 may, 2021 09:36
Hesab edirəm ki, Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsini irəli sürə bilər.
Azsiyasət.com xəbər verir ki, bu sözləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu fərqli mövqe ortaya qoymalıdır:
"Hesab edirəm ki, Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsini irəli sürə bilər. Çünki Fransa həmsədr dövlət kimi özünü doğrultmur və qeyri-bərabər mövqeyi ilə vasitəçi kimi qala bilməz. Fikrimcə ki, Fransa hər hansı başqa Avropa ölkəsi, məsələn Almaniya ilə əvəzlənə bilər".