Jirinovski deyir ki, "prezident" əvəzinə "ali hökmdar" olmalıdır: İngilis uşaqları bizə gülür

03 may, 2021 00:29

Rusiyada LDPR lideri Vladimir Jirinovski prezident vəzifəsinin adının dəyişdirilməsini təklif edib. O, bildirib ki, “prezident” sözü ingilis mənşəlidir.

“ABŞ-dan və İngiltərədən olan uşaqlar bizə gülür, deyirlər ki, baxın, rusların hətta rus sözü də yoxdur ki, rəhbər vəzifəni o sözlə adlandırsınlar”, - Jirinovski bildirib.

Siyasətçinin fikrincə, ideal olardı ki, Rusiyada dövlət başçısını “ali hökmdar” adlandırsınlar. O, “çar” titulunun qaytarılması ideyasını rədd edib. “Monarxiya ideal variantdır, amma köhnəlib, vəssalam”,- Jirinovski deyib.

Virtualaz.org