"Qərblilər İranın siyasətini öz çətirləri altına almaq istəyirlər" - Xamenei

03 may, 2021 09:31

İranın Ali lideri Ayətullah Xamenei "müəllim" və "zəhmətkeşlər" günü münasibətilə canlı yayımlanan çıxışında ölkənin hazırkı xarici siyasətinin etibarlı qurulmasının əhəmiyyətindən danışıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Ayətullah Xamenei diqqətə çatdırıb ki, qərblilər İranın siyasətini öz çətirləri altına almaq istəyirlər: 

"Qacarların sonlarında və Pəhləvi dönəmində İranın siyasətinə onlar nəzarət edirdilər. İslam inqilabı bu vəziyyəti dəyişdi və indi onlar bu prosesi dəyişməyə çalışırlar. İranın Çin və Rusiya ilə əlaqələrinə xor baxmaları da bundan qaynaqlanır".

Xamenei əlavə edib ki, sanksiyaları zərərsizləşdirməyin ən yaxşı yolu milli istehsalı gücləndirməkdir: “Əgər düşmən istehsal sayəsində sanksiyaların təsirsiz olduğunu görərsə, onu ləğv etməyə məcbur olacaqdır”.

Ayətullah Xamenei çıxışının davamında İranın təhsil sisteminə də toxunub: “İranda təlim-tərbiyə düzgün qurulub. Müəllimlərimiz ölkənin inkişafının zabitləridirlər. Onlar bu rolu dərk etdikdə, məsuliyyət də hiss edəcəklər. Çünki müəllimlik olduqca dəyərli peşədir”.

İran Ali Lideri, həmçinin, fəhlə günü ilə əlaqədar bunları deyib: “İranda fəhlələr himayə olunmalıdır, yeni iş yerləri açılmalıdır. Fəhlənin işlək qabarlı əlini Allah və onun Peyğəmbəri sevir. Peyğəmbərimiz fəhlənin əlini öpdü. İstehsal fəhlənin əməyi ilə mümkün olur. Onların İslam Respublikasının boynunda haqları var”.

Onun sözlərinə görə, fəhləni himayə etmək milli sərvəti himayə etməkdir: “Bu milli sərvət ölkəyə etibar qazandırır. Belə isə onların peşə təhlükəsizliyini təmin etmək lazımdır”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"