"Sarqsyan Azərbaycana Dağlıq Qarabağın yarısını təklif edirdi" - Paşinyan

06 may, 2021 00:30

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan vaxtilə Dağlıq Qarabağ ərazisini yarısına qədər Azərbaycana güzəştə getməyə hazır idi.

Azsiyasət.com “Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.

Nəşr yazır ki, Paşinyan Sarqsyanın 2016-cı ilin noyabrında "Rusiya bu gün" agentliyinə verdiyi müsahibəni xatırladıb.

"Sarqsyan deyir ki, onlar Azərbaycana 7 rayonu təhvil verməyə hazır idilər. Amma Azərbaycan daha çox tələb edirdi. Sarqsyan hər dəfə Azərbaycanın yeni tələblər irəli sürdüyünü deyir. Mən sizə daha artığını deyəcəyəm – Serj Sarqsyan Azərbaycana daha çox, hətta Qarabağın yarısına qədərini verirdi, amma Azərbaycan "yox" dedi", - Paşinyan bəyan edib.

O, Robert Koçaryanı və Serj Sarqsyanı Dağlıq Qarabağı öz şəxsi maraqları naminə "satmış" satqınlar adlandırıb: "Robert Koçaryan və Serj Sarqsyan, siz vətən xainlərisiniz! Biz sizin satqınlığınızla mübarizə apardıq. Siz hətta müharibə zamanı da öz xəyanətinizi davam etdirdiniz".

Paşinyanın sözlərinə görə, keçmiş səlahiyyətlilər ermənilərə genetik səviyyədə müharibə qorxusu aşılayıblar. O, Sarqsyanın “pis danışıqlar həmişə yaxşı müharibədən daha yaxşıdır” ifadəsini xatırladıb.

Paşinyan Koçaryanı və Sarqsyanı ordunu müharibəyə hazırlamamaqda da ittiham edib, Koçaryanı isə üstəlik 1998-ci ildə "Qarabağı danışıqlar prosesindən kənara atmaqda" günahlandırıb.

Paşinyanın fikrincə, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları məhz əvvəlki hakimiyyət dalana dirəmişdi və bunun nəticəsində də Azərbaycanla müharibə qaçılmaz oldu...

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"