Azərbaycan qaz bazarında Rusiyanı sıxışdırıb - Yaxın gələcəkdə nələr gözlənilir?

19 avqust, 2020 22:41

Beynəlxalq Enerji Agentliyinin (IEA) ekspertlərinin fikrincə, COVID-19 pandemiyası 2020-ci ildə dünyada qaza tələbatın 4 faiz (150 milyard kubmetr) azalmasına səbəb ola bilər. Bu da XX əsrin ikinci yarısında təbii qaz bazarının yaranmasından bəri göstəricinin ən böyük azalması deməkdir.

2020-ci ilə qədər dünyada qaza olan tələbat, əsasən, artmaqda idi (mövcud statistikaya əsasən, 1970-ci ildən başlayaraq, 1980-ci illərdə böyümədə bir fasilə olub, amma sabitlik qalıb) və son iki onillikdə artım templəri ildə 100-400 milyard kubmetr səviyyəsində olub.

Amma ekspertlərin fikrincə, koronavirusun nəticələrinin tədricən aradan qaldırılması, dünyada qaza tələbatın ildə orta hesabla 1.5 faiz artmasına səbəb ola bilər. IEA-nın əvvəlki proqnozu 1.8 faiz olub. Proqnozlara görə, 2025-ci ildə illik tələbat 4.37 trilyon kubmetrə çatacaq və 2040-cı ildə bu göstərici 5 trilyon kubmetrdən çox ola bilər.

Ekspertlər qeyd edirlər ki, 2020-ci ildə Rusiya Federasiyası Türkiyəni sürətlə itirir. Onların vurğulamasına görə, Türkiyə üstünlüyü Azərbaycan qazına verir. Bu deyilənlər rəqəmlərdə də özünü göstərir.

Maraqlıdır ki, rəsmi açıqlamalara görə, Türkiyə yanvar-iyul aylarında Azərbaycandan 6.3 milyard kubmetr (2019-cu ilin 7 ayında 24 faiz artım) qaz alıb. 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycandan qaz ixracı təxminən 2 milyard dollar dəyərində 7.7 milyard kubmetr (artım 16.7 faiz) təşkil edib.

2020-ci ilin sonlarında - 2021-ci ilin əvvəllərində Azərbaycan "Cənub Qaz Dəhlizi" (CQD) sayəsində Avropa bazarında öz qazı ilə debüt etməlidir. O, 25 il ərzində ildə 10 milyard kubmetr qazla (9 Avropa şirkəti ilə uzunmüddətli müqavilələr əsasında) bölgədə yerini tutmaq istəyir.

Azərbaycan Avropa Birliyi ölkələrinə qaz tədarükünü ikiqat artırmaq istəyir, ancaq ekspertlərin fikrincə, bundan ötrü rəqabətə girməli olacaq.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban"Azadlıq" radiosuna bildirib ki, Avropaya qaz tədarükü haqqında danışarkən 10 il əvvəl düşünə bilmədiyimiz bir sıra dəyişikliklərin şahidi oluruq. O daha sonra bunları əlavə edib: "Avropa Birliyinə qaz satmağımızın reallaşmasına Avropanın mavi yanacaq mənbələrinin şaxələndirilməsinin tərəfdarı olması və artıq 25 illik müqavilələrimiz kömək edəcək. Ancaq, əlbəttə ki, bütün dəyişiklikləri nəzərə almalıyıq. Məsələn, Rusiya Federasiyası "Türk axını"nı (Rusiyadan başlayıb Qara dəniz vasitəsilə Türkiyəyə gedir-red.) 2020-ci ildə işə saldı, ancaq bu qaz kəməri əslində işləmir. Ümid edirik ki, CQD belə olmayacaq. CQD-nı genişləndirərkən bizim üçün əsas olan boru kəməri qazının konkret həcmlərinə ehtiyacı olan alıcıları tapmaqdır. Hər şey danışıqlardan asılıdır". 

Asiya bazarına girməyə gəlincə isə, ekspertlər deyir ki, bu işdə irəliləyiş yoxdur.

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanın «Şahdəniz 2» qazının Avropaya nəqlini nəzərdə tutur. Layihənin 2018-ci ildə açılışı olub, amma tam başa çatmayıb. TAP (Trans-Adriatik Qaz Kəməri) və TANAP (Trans-Anadolu Qaz Kəməri) "Cənub Qaz Dəhlizi" layihəsinin tərkib hissəsidir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"