Ermənilərin Xankəndi xülyası...

09 may, 2021 15:20

Erməni politoloq, Ermənistan Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan son günlər Azərbaycanın iyun ayınadək Xankəndini tamamilə nəzarətə götürməsi haqda yayılan informasiyalara münasibət bildirib. Bu barədə  erməni saytları məlumat yayıb. “Stepanakerti (Xankəndi-red.)  tabeliyinə keçirmək üçün Azərbaycan Rusiya Federasiyası ilə müharibəyə girməlidir”- A.İskəndəryan belə deyib. Onun bəyanatının məzmunu aydındır, ruslara arxayınıq deyir. Üstəlik, Bakı ilə Moskvanı həm də üz-üzə qoymağa çalışır və ermənilərə və özünə “qorxma-qorxma” deyir...

Azsiyasət.com Musavat.com-a istinadən xəbər verir ki, ekspertlər də bu bəyanatın pərdəarxası məqamlarının olduğunu bildirirlər.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu erməni tərəfin heç nəyə nail olmayacağını qeyd etdi:

“Ermənilər vəziyyətin ciddiliyini və necə məğlub duruma düşdüklərini get-gedə daha dərindən anlayırlar. Artıq dəqiq əmindirlər ki, uzun illərdir yalançı təbliğatını apardıqları güclü erməni ordusu, mifi yoxdur. Bu mif müzəffər Azərbaycan əsgərinin çəkmələri altında tapdalanıb yox edilib. Ona görə də bir-birinə ”qorxma-qorxma" deməkdən başqa çarələri qalmayıb. Yeganə ümid yeri isə başqa ölkələrdən mədəd ummaqdır. Ancaq bu məsələdə də yeni reallığı gerçək əsaslarda nəzərə ala bilmirlər. Artıq regionda onları əvvəlki kimi bütün vasitələrlə dəstəkləyəcək ənənəvi müttəfiqləri yoxdur. Onun əvəzinə, yeni geostrateji reallığı rasional əsaslarda qiymətləndirməyi bacaran və Azərbaycanla yaxşı əlaqələr qurmaqda maraqlı olan fərqli bir ölkə var.

Və İskəndəryanın düşündüyü kimi bundan sonra Azərbaycanı hansısa ölkə ilə hədələmək, yaxud qarşı-qarşıya qoymaq mümkün deyil. Çünki geostrateji güc balansı kardinal şəkildə dəyişməkdədir və bu prosesdə Azərbaycan özü güc mərkəzinə çevrilir, indidən şərtləri diktə edir. Xankəndinə nəzarət məsələsinə gəldikdə isə ermənilər bu mövzunu əsla spekuliyasiya predmetinə çevirə bilməyəcəklər. Çünki Azərbaycan ərazi bütövlüyünü bərpa edib və Xankəndi də daxil olmaqla, qısa müddətdə erməni icmasının kompakt yaşadığı bütün digər ərazilərdə öz suveren hüquqlarını tam bərpa edəcək".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu fikirlərin erməni hökumətinin mövqeyini əks etdirdiyini düşünür:

 “İskəndəryan hay-küyçü, o qədər də ciddi yanaşılmayan ”xadimlər"dəndir. Daha çox dələduzluğu, “moşennikliyi” ilə tanınır. Amma hər halda, onun dedyi bu fikirlər ermənilərin xeyli hissəsinin, o cümlədən Ermənistan rəhbərliyinin mövqeyini əks etdirir. Onlar məğlub olduqlarını,  heç bir halda müqavimət göstərə bilməyəcəklərini, Azərbaycanın qarşısında çox aciz olduqlarını başa düşür və çıxış yolunu Rusiyada görürlər. Ermənilər Rusiyanın regionda uzun müddətə qalmasında maraqlıdırlar. Rusiya da Dağlıq Qarabağa xoş niyyətli missiya ilə gəlməyib, müəyyən məkrli niyyətləri vardır. Rusiya bu ərazilərdə möhkəmlənib qalmaq istəyəcəkdir. Bunu bilməli və addımlarımızda nəzərə almalıyıq. Ermənilər bunu bilir və yaralanmağa çalışırlar. O cümlədən bizi Rusiya ilə üz-üzə qoymağa, qarşıdurma yaratmağa çalışırlar ki, öz məqsədləri üçün bəhrələnsinlər. Biz ermənilərin bu niyyətlərinə çatmasına imkan verməməli, düzgün siyasət yeritməliyik. Bunun üçün 10 noyabr formatını qabartmalı, onun arxa plana keçirilməsinə, yeni formatın ortaya gətirilməsinə və Minsk Qrupu kimi ölü formatın dirildilməsinə yol verməməliyik. Türkiyə-Azərbaycan-Rusiya oxu formalaşıb. Bu ox və əməkdaşlıq ittifaqı hər üç tərəf üçün sərfəlidir. Düşmənlərimiz bu ittifaqı pozmaq üçün əllərindən gələni edirlər. Daxilimizdəki bəzi qüvvələr başadüşməzliklərindən, bəziləri sifariş yerinə yetirrərək bu oyunlarda, fitnəkarlıqlarda iştirak edirlər. Hər kəs anlamlıdır ki, indiki mərhələdə bizim siyasi xəttimiz Rusiya ilə Türkiyə arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə, bu prosesin dönməz xarakter almasına nail olmaqdan ibarətdir. Yalançı şüarbazlıqdan qaçmaq lazımdır. Hadisələrin gedişi də bizim xeyrimizədir. Hədəf Xankəndidir. O hədəfə doğru da gedirik. Ermənilər müqavimət göstərməyə çalışırlar. Amma müqavimətləri əbəsdir. Artıq iş-işdən keçib, planlar qurulub, sel kimi hərəkət başlayıb. Bu selin, Azərbaycan adında lokomotivin qarşısında heç kim, heç nə dayana bilməz".

Mikael Minasyan 

Yeri gəlmişkən, Ermənistanın eks-prezidenti Serj Sərkisyanın kürəkəni, Vatikandakı keçmiş səfir Mikael Minasyan Qarabağdan qayıdan dostunun ona yazdığı məktubu özünün Facebook səhifəsində yerləşdirib. Məktubda Mikaelin dostu yazır ki, təəssüratları çox ağırdır və əgər gördüklərini qısaca ümumiləşdirsə, Qarabağın ermənilər üçün birdəfəlik itirildiyini deyə bilər. Minasyan bildirir ki, həmin dostu Qarabağda müharibədə döyüşmüş tanışına baş çəkmək üçün getmişdi. "Mən ona vərdiş etmişdim ki, orada sadə adamlar hələ müharibədən əvvəl də Rusiyaya dua edirdilər, indi isə mən ora gedəndə düşünürdüm ki, onlara ümidverici nəsə deyim, amma mənə elə gəlir ki, müharibəni uduzduğumuzu desəm bununla necə də olsa şirin tüpürcək tüpürmüş olaram, hesab elə ki, ora artıq Rusiyadır", - Mikaelin dostu yazır. (Virtualaz.org)

Daha sonra həmin adam bildirir ki, Qarabağda (yəni Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərində) tam ümidsizlik və acizlik hökm sürür. Laçın dəhlizi ilə hərəkət edəndə ona ancaq postlarda maşını saxlamaq, maşından düşməmək tapşırılıb. Şuşanın yaxınlığında isə ermənilər Azərbaycan Ordusunun postunun yanından ötüb keçirlər.

Müharibədə darmadağın edilən qondarma “dqr müdafiə ordusu”undakı vəziyyət də acınacaqlıdır.

“Mənim əsgər yoldaşım ordudan tərxis olunduqdan sonra 3 illik müqavilə ilə yenidən orduya yazılıb. Çünki başqa iş yoxdur. Əsgər yoldaşlarım deyirlər ki, hərbi xidmət faktiki olaraq yoxdur, hamı vaxt öldürür, döyüş vəzifələri daha yoxdur. Zabitləri məktəblilər kimi gündə bir neçə dəfə sıraya düzüb yoxlayırlar ki, görsünlər hamı yerindədir, yoxsa öz işlərinin dalınca gediblər. Müharibədə əldə saxladıqları postları bir güllə də atılmadan təhvil veriblər, indi yeni postlar qururlar, amma tənbəlcəsinə, nömrə gəlməklə”, - Qarabağdan qayıdan erməni yazır.

Həmin şəxs bildirir ki, Xankəndindən Ermənistana gediş-gəliş də kəskin azalıb, yolda ara-sıra maşınlar görünür. Ağdərənin Vəng kəndindəki hoteldə isə məktub müəllifindən başqa heç kim olmayıb. Restoranlarda menyü təqdim etmirlər, adətən ərzağı ancaq müştəri gələndən və sifariş götürəndən sonra alıb gətirirlər.

“Qısaca desəm, təəssürat belədir ki, Qarabağ bizim üçün birdəfəlik itirilib”, - Mikaelin dostu ona yazır.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"