Rusiya daha bir ölkənin diplomatını ölkədən çıxarr

11 may, 2021 19:13

Rusiya Rumıniyadakı diplomatının deportasiya edilməsinə cavab olaraq Rumıniyanın Moskvadakı səfirliyinin müdafiə məsələləri üzrə attaşenin köməkçisi  Q.İliyeskunu "persona non qrata" elan edib.

Azsiyasət.com "RİA Novosti"yə istinadən xəbər verir ki, rumın səfir Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq bu barədə məlumatlandırılıb.

İliyesku 72 saat ərzində Rusiya ərazisini tərk etməlidir.