Prezidentin Naxçıvan səfərinin əhəmiyyəti nədən ibarətdir? - Deputat şərh edir...

11 may, 2021 21:34

Milli Məclisin deputatı Əziz Ələkbərli Azsiyasət.com saytına geniş açıqlama verib.

O, Prezident İlham Əliyevin Naxçıvan səfərinin əhəmiyyətindən və səfər zamanı verilən mesajlardan danışıb. 

Ə.Ələkbərlinin Prezidentin Naxçıvan səfərinin əhəmiyyətini şərh edən açıqlamasını olduğu kimi təqdim edirik

"Cənab Prezidentin mayın 10-da Naxçıvana səfəri və bu səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə iki gündür ki, ictimai-siyasi fikrin diqqət mərkəzindədir. Bu da ondan irəli gəlir ki, cənab Prezident bu dəfəki çıxışında da, ənənəvi olaraq, lazımi ünvanlara Azərbaycanın dövlət maraqları və tarixi haqları ilə bağlı vacib mesajlar verdi. Mən bunlardan dördü üzərində xüsusi dayanmaq istəyirəm.

Birincisi, Cənab prezident Naxçıvanda hərbi aerodromun və hərbi hospitalın açılışında iştirak etdi və bu məsələ ilə bağlı müsahibəsində üç il əvvəlki Günnüt əməliyyatını xatırlatdı və Naxçıvanın hərbi gücünün bu gün istənilən hərbi tapşırığı uğurla başa vurmaq qüdrətində olduğunu bildirdi. “Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı - üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir”, - deyə cənab Prezident düşmənə mesajını verdi.

İkincisi, Cənab Prezident Ordubad dəmir yolu stansiyasında yaradılan şəraitlə tanış oldu və müsahibəsində bu məsələ ilə bağlı da öz mesajını verdi. Açıq şəkildə dedi ki, o, Ordubad dəmiryol stansiyası ilə tanışlığa təsadüfən gəlməyib və bildirdi ki, Zəngilanı Naxçıvanla ayıran dəhlizin uzunluğu cəmi 40 kilometrdir, bu dəhliz açılmalıdır və açılacaqdır. Cənab Prezident bu istiqamətdə Azərbaycanın görməkdə olduğu işlərdən bəhs etdi, bu dəhlizdən keçəcək dəmiryol xəttinin tərkib hissəsi olan Horadiz-Ağbənd dəmir yolunun təməl daşını artıq qoyduğunu bildirdi. Onu da xatırlatdı ki, Rusiya dəmir yolları illər öncədən bütün Ermənistanın dəmir yollarına sahib olduğu üçün bu gün Ermənistan dəmir yolları anlayışı yoxdur və Azərbaycan da bu yol ilə bağlı danışıqları, təbii ki, bu yolun gerçək sahibi olan Rusiya ilə aparır. Bu məsələdən danışarkən cənab Prezident ermənilərin hər dəfə, haqsız olaraq, təpki ilə qarşıladıqları Şərqi Zəngəzur və Qərbi Zəngəzur anlayışlarını bir daha işlətdi. Və tamamilə haqlı olaraq işlətdi, çünki ermənilər öz yalanlarına özlərini o qədər inandırıblar ki, tarixi həqiqətləri eşitməyə belə dözümsüzlük göstərirlər. Belə olan surətdə onlara tarixi həqiqətləri hər fürsətdə yenidən xatırlatmaqdan başqa yolumuz qalmır. Eynilə Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanındakı kimi: “Sənin atan Donenbaydır, Donenbay, Donenbay...” 
 
Üçüncüsü, Cənab Prezident müsahibəsində bir daha bəzi konkret ölkələrin Qarabağla bağlı mövqeyinə münasibət bildirdi və qəti şəkildə dedi ki, bu münaqişə artıq bitmişdir və noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamışdır, kim isə bunu qəbul etmirsə, demək, onun özündə problem var. Cənab Prezident konkret ölkələrin adını çəkdi: Kanada, Fransa... Kanadanın Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı bəyanatını xatırladaraq “Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir biz bilməmişik”, - deyə sərt mövqe ortaya qoydu və məsləhət gördü ki, “oturub öz işləri ilə məşğul olsunlar”.

Cənab Prezident Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd etdi. Fransa siyasilərinin ikiüzlü davranışına etirazını bildirdi. Hərbi Qənimətlər Parkı ilə bağlı Azərbaycana qarşı çirkin kampaniya aparanlara Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələrinin nümayiş etdirilməsini xatırlatdı.
 
Qarabağın statusu ilə bağlı məsələyə toxunduqda isə cənab Prezident bildirdi ki, əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, biz etiraz etmirik, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin, orada onlara muxtariyyət, yaxud müstəqillik versin, Azərbaycanda isə bu, heç vaxt olmayacaq. Cənab Prezident istər status haqqında, istərsə də münaqişə haqqında bundan sonra da söhbət gedəcəksə, bunun Azərbaycanla həmin dövlətlər arasında münasibətlərin gərginləşəcəyinə səbəb olacağını açıq şəkildə bidirdi. 

Dördüncüsü, Cənab Prezident, Ermənistandakı revanşist düşüncəli siyasətçilərə və insanlara səslənərək qəti bildirdi ki, əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar, heç kim onları müdafiə edə bilməz və heç kimə də bel bağlamasınlar. 

Cənab Prezident bildirdi ki, Ermənistanda həm iqtidar, həm də müxalifət Şuşanın, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər, amma yaxşı olar ki, odla oynamasınlar, unutmasınlar ki, dəmir yumruq yerindədir. Cənab Prezident Azərbaycana qarşı təhlükə törətmək cəhdində olan istənilən qüvvənin dərhal və yerindəcə məhv ediləcəyini qəti şəkildə bildirdi. 

Bütün bunlar ermənilərə və onun havadarlarına, yaxud havadarı kimi özünü göstərənlərə çox ciddi mesajlardır. Və biz, Azərbaycan xalqı olaraq, Azərbaycan xalqının hər fərdi olaraq bir daha fəxr edirik ki, belə həssas tarixi dövrdə Azərbaycan dövlətinin başında İlham Əliyev kimi güclü və qüdrətli bir Lider dayanır. Mübaliğəsiz demək lazımdır ki, bu, Tanrının Azərbaycan xalqına ən böyük lütfüdür!

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"

05 yanvar

13:18 - ABŞ Venesuelada nə qədər insanı qətlə yetirib? 13:16 - Bu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarındandır12:55 - Maduronun həbsi neft qiymətlərinə necə təsir edəcək?