Belarusda etirazlar: Qrodno şəhər hakimiyyəti müxalifətin tərəfinə keçdi

20 avqust, 2020 16:05

Belarusun Polşa ilə sərhəd Qrodno şəhərinin hakimiyyəti ölkədə avqustun 9-da keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə qarşı çıxan fəalların bütün tələblərini qanuni saydığını bəyan edib.

Qrodno şəhər hakimiyyətinin icraiyyə komitəsi avqustun 18-də verdiyi bəyanatda tətil edən zavod fəhlələrinin və həmkarlar təşkilatlarının, müxalifətin namizədi Svetlana Tixanovskayanın qərargahının bütün tələblərini yerinə yetirməyə razılaşıb. Habelə Qrodno şəhər daxili işlər idarəsi bütün saxlanılanlardan publik qaydada üzr istəyib. Bildirilir ki, sanksiyalaşdırılmamış mitinqlərdə saxlanılanların hamısı azadlığa buraxılıb.

Bundan əlavə şəhər icraiyyə komitəsinin saytında “İctimai barışıq şurası”nın yaradılması barədə elan yerləşdirilib. Şuraya prezident Aleksandr Lukaşenkoya qarşı çıxan müxalifətin və ictimai təşkilatların nümayəndələri, habelə yerli icraedici və qanunverici orqanın məmurları daxil olublar.

Şəhər hakimiyyəti bildirib ki, Qrodnonun baş meydanında əvvəlcədən xəbərdarlıq edilməklə kütləvi tədbirlərin keçirilməsinə icazə verilir. Bu zaman mitinqçilərə tibbi yardım, milis müşaiyəti və texniki dəstək təmin ediləcək. Habelə Qrodno vilayət deputatlar Şurası “ictimai qaydanın pozulması hallarına dair işlərə obyektiv baxmaq” barədə prokurorluğa müraciət edib.

Lakin çox keçmədən Qrodno şəhər hakimiyyəti mövqeyini yenidən dəyişib və müxalifətin tələblərindən bir çoxuna əməl etməkdən imtina edib. Belə ki, avqustun 19-da Qrodnonun mərkəzi Lenin meydanında mitinqə toplaşan müxalifətçilərə əngllər yaradılıb, meydanda elektrik kəsilib və onlara səsgücləndirici texnika verilməyib. Habelə xəbərdarlıq edilib ki, müxalifətin mitinqləri qanunsuz hesab olunacaq. Bununla belə əvvəlki aksiyalarda saxlanılanların hamısının buraxıldığı bildirilir.

Mərkəzi hakimiyyətin Qrodnoda baş verənlərə münasibəti məlum deyil. Xatırladaq ki, bundan əvvəl Belarusun Slovakiyadakı səfiri təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı ifrat güc tətbiqinə etiraz olaraq bəyanatla çıxış edib və istefa verib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"