Qaragöldə nə baş verir?" - "Eyni proses Qazaxda, Kəlbəcərdə də olacaq

13 may, 2021 17:07

"Qaragöl adlanan ərazi tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib”.

Ermənistan mətbuatı bir neçə gündür ki, hay-həşir salıb. Ermənistan tərəfi gölün Azərbaycanın nəzarəti altına keçməsindən narahatdır. Gorus icmasının ciddi risk altına düşdüyü, susuz qaldığı bildirilir. 

Daha əvvəl isə Azərbaycan silahlı qüvvələrinin Ermənistanın Sisyan şəhəri yaxınlığında İşxanasar dağı ərazisində "dövlət sərhədini keçdiyi" və Verişen yaşayış məntəqəsi istiqamətində "3 kilometr irəli gəldiyi" açıqlanmışdı. 

Ermənistan qəzetləri Sünikə qoşun gətirildiyindən, 3-cü Ordu Korpusunda həyəcan siqnalı verildiyindən, Gorus, Qafan və Meğri sakinlərinə özünümüdafiə üçün hazır olmaq əmri verildiyindən yazıb.

Hətta Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan həmin gün axşam keçirdiyi Təhlükəsizlik Şurasının iclasında Sünik vilayətində baş vermiş hadisəni "diversiya müdaxiləsi" adlandırıb. O, qeyd edib ki, mayın 12-si səhər Azərbaycan silahlı qüvvələri Sevliç (Qaragöl) ərazisində dövlət sərhədini keçib, 3,5 kilometr Ermənistan ərazisinin içərisinə daxil olub. Paşinyan Azərbaycan tərəfinin göl üzərində nəzarəti ələ keçirməyə cəhd etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyindən bu məlumatlarla bağlı hələ ki, hansısa reaksiya verilməyib.

Onu da qeyd edək ki, sərhədlərinə "diversiya müdaxiləsi”nin edildiyini bildirən Ermənistan hakimiyyəti erməni qəzetlərinin əksinə olaraq hərbi əməliyyatlardan danışmağa lüzum görməyib. Nikol Paşinyanın Təhlükəsizlik Şurasının iclasında işlətdiyi ifadələrdən də bu aydın sezilir: "Ermənistan yaranmış vəziyyətlə barışa bilməz, lakin bizim bir nömrəli vəzifəmiz vəziyyəti danışıqlar yolu ilə, o cümlədən diplomatik həll etməkdir. Lakin bu, variantlardan biridir". Baş nazir vəzifəsinin icraçısı  Azərbaycan hərbçilərinin silahdan istifadə etmədiklərini də etiraf edir.  

Bəs əslində Azərbaycan-Emənistan sərhədində nə baş verir? Bu daha əvvəl edildiyi ki, sərhədlərin delimitaziyasıdır? 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bizim.media-ya açıqlamasında bildirib ki, burada hansısa hərbi əməliyyatların başlanmasından söhbət getmir:

"Sadəcə sərhədlərin delimitaziyası və daha sonra demorkasiyası aparılır. Sərhədlər Sovet dövrü xəritələri və digər məlumatlar əsasında müəyyənləşdirilir və daha sonra bu təsdiq edilir. Azərbaycan iki bölgədə - Zəngəzur və Göyçə gölü ətrafında ələ keçirilmiş torpaqları qaytarmaq məqsədilə sadə bir əməliyyat keçirərək, irəlliləyir və ordunun istinad nöqtələri qurulur. Bu Azərbaycanın öz torpaqlarının özünə qaytarılmasıdır. Eyni proses Qazaxda da, ola bilsin Kəlbəcərdə də baş versin. Ermənilər vaxtilə siçovul kimi Azərbaycan sərhədlərini pozublar, hətta işğal olunmuş ərazilərdə də sərhədlərin yeni konfiqurasiyasını yaradıblar. İndi Azərbaycan həmin əməliyyatları pozur”.

Qabil Hüseynli bildirir ki, ermənilərin qaldırdığı hay-küy heç bir nətcə verməyib:

"Rusiyada da yaxşı başa düşürlər ki, Azərbaycan delimitizasiya prosesini həyata keçirir, bu heç Ermənistanın siyasi dairələrində də ciddi reaksiya doğurmayıb. Üç gündür ki, danışıqlar gedir, çalışırlar ki, Azərbaycanı geri çəkilməyə məcbur etsinlər. Azərbaycanın isə əsaslı faktları var”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"