Misli görünməmiş hücum və "cəhənnəm gecəsi": İsrail eyni vaxtda 160 təyyarə qaldırdı - VİDEO

14 may, 2021 14:12

İsraillə Fələstinin Qəzza sektoruna nəzarət edən HƏMAS qruplaşması arasında müharibənin dördüncü günü döyüşlərin miqyasına və dağıntılara görə ən şiddətli olub.

Azsiyasət.com virtualaz.org-a istinadla xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin eyni vaxtda 160-a qədər təyyarəsi Qəzzada HƏMAS-ın yeraltı tunellər şəbəkəsinə kütləvi aviazərbələr endirib. İndiyədək İsrail-Fələstin qarşıdurmalarında heç vaxt bu qədər döyüş təyyarəsi eyni vaxtda havaya qaldırılmamışdı.

İsrail ordusunun rəsmi məlumatında deyilir ki, təxminən 40 dəqiqə davam edən hava kampaniyası zamanı Qəzzanın şimal hissəsinə 450-dən çox raket buraxılıb. Hücumların hədəfi HƏMAS-ın “strateji aktivi” hesab edilən yeraltı tunellər şəbəkəsi olub. Eyni zamanda HƏMAS lideri İsmayıl Haniyənin evi də daxil olmaqla hərəkatın hərbi-siyasi qanadının liderlərinin evləri, qərargahları, yeraltı raket anbarları, raket hazırlama sexləri və digər hədəflər vurulub.

Hava zərbələrinə əlavə olaraq İsrail tankları, artilleriya silahları və piyadaları Qəzza ilə sərhəddən HƏMAS hədəflərinə intensiv atəş zərbələri endiriblər. İsrail ordusu bildirir ki, yerüstü qüvvələr Qəzza sektorunun sərhədlərini keçməyib. Həmlə zamanı cəmi 500-dən çox artilleriya mərmisi atılıb.

Qəzza sektoruna nəzarət edən HƏMAS hökumətinin səhiyyə rəsmiləri çoxsaylı yaralıların və ölənlərin olduğunu bildirir. Bu günə qədər 149 nəfərin həlak olduğu təsdiqlənib. Ötən gecə xəstəxanalara çoxsaylı yaralılar daxil olub. Qəzza sakinləri ötən gecə baş verənləri “cəhənnəm gecəsi” adlandırırlar və sosial şəbəkələrdə yazırlar ki, hələ İsrailin bu miqyasda hücum həyata keçirdiyini görməmişdilər.

HƏMAS-ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam” briqadasının rəsmisi Əbu Ubeydə bildirib ki, İsrail ordusunun bu nümayişkarənə hücumu Qəzzada mümkün qədər çox dağıntı törətməkdir.

HƏMAS lideri İsmayıl Xaniyənin hazırda öz qohumları ilə birlikdə Qətərdə olduğu bildirilir. İsrail aviasiyası onun Şati qaçqın düşərgəsi yaxınlığındakı evini darmadağın edib. Bildirilir ki, İsrail ordusu əvvəlcə tankların və zirehli transportyorların köməyi ilə HƏMAS-ın müşahidə qruplarını döyüşə cəlb edib. Onlar azacıq fəallıq göstərən kimi yerlərini bəlli ediblər və havadan İsrail qırıcılarının raket zərbələrinə məruz qalıblar.

HƏMAS da İsrail ərazisinə raket zərbələri endirməkdə davam edir və son məlumatlara görə, indiyədək 2 minə yaxın raket atılıb. Onların çoxunu raketdən müdafiə sistemi zərərsizləşdirib, bir çox raketlər isə hədəfə çatmayıb, ya Qəzza ərazisinə, ya da İsraildə çöllük ərazilərə düşüblər. Ötən gecə HƏMAS 220 kilometr mənzilli “Ayyaş” raketləri ilə İsrailin Eylat aeroportunu da hədəf almağa çalışıb, raketlər zərərsizləşdirilib.

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"