"Britaniya Qarabağda çoxtərəfli sülhməramlıların olmasını istəyir" - Səfir Ceyms Şarp

15 may, 2021 18:31

“44 günlük müharibə zamanı mən də burdaydım. Azərbaycanın qələbəsi ilə bağlı fövqəladə hislər yaşadım. Mən bir çox azərbaycanlılarla söhbətləşmişəm, bu hislər tamamilə başadüşüləndir”.

Azsiyasət.com azpolitika.info-ya istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp “BBC Azərbaycanca”-ya müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, Britaniya sülh danışıqlarına ATƏT-in Minsk Qrupu formatı çərçivəsində Azərbaycanda çoxtərəfli sülhməramlıların cəlb olunmasına üstünlük verilməsinə tərəfdardır: “Biz başa düşürük ki, müharibənin ortasında hər şey çox sürətlə baş verdi, çətin seçimlər edilməliydi. Zənnimcə Azərbaycan üçün əsass sual ondan ibarətdir ki, bu vəziyyətdən, bu zəfərdən necə istifadə etsin və onu gələcək inkişaf üçün tramplinə necə çevirsin. Aydındır ki, Azərbaycanın azad etdiyi ərazilərin inkişafı və məcburi köçkünlərin öz evlərinə geri qayıtması prioritetdir”.

Səfir daha sonra bildirib ki, hazırda üçtərəfli forrmatda əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr gedir: “Nəqliyyat və iqtisadi əlaqələri necə açmalı, regional əməkdaşlıq necə təşkil edilməlidir? Bu müzakirələrin çox müsbət hal olduğunu düşünürəm. Həmçinin düşünürəm ki, daha böyük sual qələbədən milli inkişafın təşviqində necə istifadə etməkdir. Aydındır ki, ölkə miqyasında hamının, əhalinin bütün sektorlarının azad edilmiş ərazilərin bərpa olunmasında iştirak etməyə həvəsi var. Hökumətin bütün əhalini, cəmiyyətin bütün sektorlarının, QHT, media və müxalifətin milli bərpa proqramında iştirakına icazə verməsi və bunu bir imkan kimi görməyi təşviq etməsi zəruridir. Zənnimcə, bunlar qarşıda duran əsas məsələlərdir. Beləliklə üzərində işlənəsi xeyli məsələlər var”.

C.Şarp daha sonra vurğulayıb ki, Rusiyanın bölgədə sülhməramlı əməliyyatlarının mandatına, mandatın yekunlaşmasına baxılmalıdır: “Bundan sonrakı illərdə necə olacağı barədə alternativlər haqqında düşünülməlidir. Ermənistan tərəfi ilə də bir çox məsələlər həll olunmalıdır”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"