"Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb"

15 may, 2021 19:32

Ermənistan mətbuatı Qaragöl hadisələrinə görə su hövzəsi ətrafındakı kəndlərə xüsusi diqqət ayırmağa başlayıb. Yaşayış məntəqələrindən hər gün xeyli reportaj hazırlanır. Daha çox icma rəhbərlərinin fikri öyrənilir. Hərdən kənd sakinlərinə də söz verilir.

Yerli mətbuat hadisəni Azərbaycan tərəfinin Ermənistanın ərazi bütövlüyünü pozması kimi qiymətləndirsə də, reallıqda Azərbaycan onilliklər boyunca pozaulmuş dövlət sərhədlərini bərpa etməklə məşğuldur.

Azsiyasət.com bizimyol.info-ya istinadla xəbər verir ki, bu günlərdə azərbaycanlı hərbçilərin Verişen kəndindən olan çobanla üzləşdiyi barədə məlumat yayılmışdı. Kəndin icra orqanları bizimkilərin ona heyvanlarını götürürək uzaqlaşmağı məsləhət gördüklərini iddia edirdilər. Ermənistan mətbuatında bununla bağlı yazı yer alıb. Burada bizim hərbçilərin çobana azərbaycanca salam verdiyi yazılıb. Maraqlıdır ki, yazıda azərbaycanlılarla üz-üzə gəlmiş Vaçaqan Arstamyanın mövqeyinə yer verilməyib. Jurnalistlərlə onun həyat yoldaşı Silva Arstamyan danışıb.

“Azərbaycanlılar onu sərt şəkildə yanına şağırıb. Vaçaqan yerində donaraq qalıb. Bilməyib ki, necə davransın. Sonra hərbçilərdən biri əli ilə göstərib ki, tez çıxıb getsin. O, dağdan enən kimi kənd camaatına zəng vurub. Sonra lazımi orqanlara məlumat verilib”.

Qadın deyib ki, əri hələ də dağlardadır, bütün bunları isə ona telefonla danışıb. Silvanın sözlərinə görə, Vaçaqanın başqa yolu yoxdur, çünki ən uyğun örüş yerləri oralardır. Verişen kənd sakini həm Ermənistan, həm də Azərbaycan hərbçilərini gördüklərini bildirib.

“İndi onlar yüksəkdə dayanıb, biz isə aşağıda. Onlar silahlıdır. Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxa biliblər. Yəqin ki, hər şeyi əvvəldən planlaşdırıblar, gölü gecə əhatəyə alıblar”.

Azərbaycanlı hərbçilərin Akner kəndinin yaxınlığında da göründüyü barədə məlumat verilir. Ermənistanın ombudsmanı Arman Tatoyan hər iki kəndin sakinləriylə görüşüb. Sakinlər daha çox örüş yerlərini itirmək istəmədiklərini qabardıblar. Amma iş orasındadır ki, əsas otlaqlar Qaragöl ərazisinə düşür. Yəni sərhədlərin demarkasiyası örüş yerləriylə bağlı vəziyyəti dəyişir.

Verişen və Akner kəndinin sakinləri sosial problemləri də səsləndirib. Onlar çox pis dolandıqlarını deyib. Sakinlərin yeganə qazanc mənbəyi heyvandarlıqdır.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"