"Həmas bu uşaqları canlı qalxanı kimi istifadə edir"   - İsrail səfiri

15 may, 2021 21:26

İsrail və fələstinlilər arasında son illərin ən kəskin qarşıdurması yaşanır. Bazar ertəsindən bəri zorakılq dalğası 14 uşaq da daxil, ən azı 119 fələstinlinin ölümünə bais olub. Qəzza üzərinə İsrailin hava hücumları nəticəsində bir fələstinli ailənin beş üzvü həlak olub. Öz növbəsində, İsrail fələstinlilərin raket zərbəsində ölənlər arasında 52 yaşlı ata və onun 16 yaşlı qızının olduğunu bildirir. Mülkilərin və xüsusilə də, uşaqların ölümü barədə xəbərlər dünya boyunca tənqidlərə tuş gəlib. İsrailin Britaniyadakı səfirinə əsasən, İsrail uşaqları hədəfləmir və zorakılığa görə məsuliyyət Həməs təşkilatının üzərinə düşür. Tzipi Hotoveley bu barədə BBC müxbiri Emiliy Maitlis-ə danışıb. BBC News Azərbaycanca-ya istinadən müsahibənin qısa versiyasını təqdim edirik. Müsahibə bu həftənin əvvəlində, Newsnight proqramında efirə gedib və BBC müxbiri suallarında həmin günə olan faktlara istinad edir.

Emiliy Maitlis, BBC - Bu axşam Həmas Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 300 xəsarət alan, doqquz uşaq da daxil, 20 ölüm halı var. Hökumətinizə görə nə qədər xəcalət çəkirsiniz?

Səfir Tzipi Hotoveley - Mən sizin düzgün mənzərəni təqdim etməməyinizdən utanıram. Həqiqi mənzərə budur ki - elə sizin Fələstin nümayəndəsinə deməyə çalışdığınız kimi -İsrail bu gün hücum altındadır. Paytaxtımız raketlərlə atəşə tutulur. Zənnimcə, İsrail parlamenti öz tarixində ilk dəfə olaraq təxliyə edilib. Bunu bir ağlınıza gətirin. Westminster-dən beş dəqiqəlik məsafədəyik. Düşünün ki, London hücuma məruz qalarsa, sakitcə oturub, xalqınızı qorumaq üçün cavab verməyəcəksinizmi?

Emiliy Maitlis - Sizin hərbi, polis, siyasi və diplomatik təsir gücünüz var. Məsuliyyət öhdəliyi sizin üzərinizə düşmürmü?

Tzipi Hotoveley - Mən bu gün Dominic Raab-ın dedikərini təkrarlamaq istərdim. O, Həmas tərəfindən İsrailə raket atması faktını pisləyib. Bu, terror təşkilatının sırf təxribatıdır, bu təşkilat məskunlaşma ilə maraqlanmır. Bu terror təşkilatı yalnız bir məsələ barədə düşünür - o, İsrail dövlətini əvəz etmək, onu Yaxın Şərq xəritəsindən silmək istəyir.

Emiliy Maitlis - Mən sualımı verdim. Siz İsraili təmsil edirsiniz. Dominik Raab-ın bu axşam dedikləri məlumdur. Bu barədə Fələstin səfirinə məlumat verdik və o dedi ki, Qərb dövlətlərinin yetərincə iş görmədiyini düşünür. İsrailin hərbi gücü, polis gücü, siyasi gücü var. Qəzzanın ixracatı ilə idxalı, onların su mənbələri üzərində tam nəzarətiniz var. Hətta onların demokratik hüquqları və liderlərinə səs vermək haqqı üzərində də nəzarət sizdədir. Burada məsuliyyət öhdəliyi sizin üzərinizə düşmürmü? Bu atəş açaraq uşaqların ölümünə səbəb hücumlar demək deyil?

Bəli, biz uşaqları qorumaq istəyirik. Hər iki tərəfdə də uşaqları qorumaq istəyirik. Və başqa cür deyə bilməzsən. İsrailin bütün bu illərdəki tarixinə baxsanız, biz həmişə insan haqlarını müdafiə etmişik.

Emiliy Maitlis - Niyə məscidə atəş açılır?

Tzipi Hotoveley - Bu suala cavab verməyimi istəyirsinizsə?...

Emiliy Maitlis - Mən bu suaIa cavab verməyinizi isyəyirəm.

Tzipi Hotoveley - Məndən uşaqlar haqqında soruşun - cavabı çox aydındır. İsraildəki məktəb və uşaq bağçalarında olan uşaqların başlarının üstünə raketlər yağdırılır. Bu keçmişdə belə olub və indi də belədir. Əslində İsrail müdafiə qüvvələri, əsgərlərimiz bu uşaqları müdafiə edirlər. Onların uşaqları hədəfləmir. Onlar Həması hədəfləyirlər. Həmas bu uşaqları canlı qalxanı kimi istifadə edir. Bu yerlərdə olan reallıqdır. Bu qəddar terror təşkilatı siyasi hədəflərinə nail olmaq üçün Qəzza zolağında uşaq və qadınlardan istifadə edir.

Emiliy Maitlis - Bağışlayın səfir. Hər dəfə bu cür müsahibə alarkən mənə deyilir ki, fələstinlilərin öz övladlarından canlı qalxan kimi istifadə edirlər.

Tzipi Hotoveley - Düzdür, doğrudur. Bu, yerlərdə olan reallıqdır.

Emiliy Maitlis - Niyə müdaxilə edib etiraf etmirsiniz ki, atəş açılanda uşaqlar öldürülür. Niyə məscidə atəş açırsınız?

Tzipi Hotoveley - Biz uşaqlara atəş açmırıq. Biz uşaqlarımızı öldürməyə cəhd edən qəddar terror təşkilatı, radikal islamçıların hədəflərinə atəş açırıq. Və siz də bunu bilirsiniz.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"