Süleymaninin öldürülməsi: MKİ-nin xüsusi əməliyyatının şok təfərrüatları

16 may, 2021 10:16

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds briqadasının keçmiş komandanı Qasım Süleymaniyə qarşı təşkil edilən sui-qəsdin detalları bəlli olub.

Bu barədə məlumatı “Voyennıy Obozrevatel” Teleqram kanalı ABŞ kəşfiyyatının hesabatına əsasən yayıb.

Məlumata görə, amerikalılar əvvəlcə generalın yaxın ətrafına casus proqramlarının quraşdırıldığı mobil telefon yerləşdiriblər, amma bu, lazımi effekti verməyib. Telefonlar tez-tez dəyişdirildiyi üçün uğur əldə etmək mümkün olmayıb.

Bununla belə, Süleymaninin təyyarəsinin Bağdada enişinə 6 saat qalmış amerikalılara generalın istifadə etdiyi 3 mobil nömrə verilib. Bu nömrələr dərhal Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) mütəxəssisləri tərəfindən nəzarətə götürülüb.

Süleymaninin təyyarəsi enməzdən öncə Bağdadın şərq hissəsi təlim adı altında MKİ tərəfindən qapadılıb. Üstəlik, həmin müddət ərzində yerdə “Delta”nın 3 snayper qrupu işləyib. Operativ məlumatların toplanmasını ən gizli bölmələrdən biri həyata keçirib. Amerikalılara Süleymaninin enişindən sonrakı identifikasiyası məsələsində hava limanı işçisi formasını geyinən kürd xüsusi bölmələrinin əməkdaşları kömək ediblər.

Məhz enişdən az sonra Süleymaninin maşınına Bağdad səmasında olan MQ-9 Reaper PUA-sı zərbə endirib. Eyni karvanda olan başqa avtomobil sürəti artıraraq aradan çıxmağa cəhd etsə də, snayperlər onu yox ediblər.

Xatırladaq ki, Süleymani 3 yanvar 2020-ci ildə İraqın Bağdad şəhərində ABŞ-ın raket hücumu nəticəsində həlak olub. Generalla birlikdə onu müşayiət edən bir neçə zabit və əbu Məhdi əl-Muxandis də öldürülüb.

Buna cavab olaraq, Tehran 8 yanvar gecəsi Amerikanın İraqdakı hədəflərinə onlarla raket atdı. Bu əməliyyata "Şəhid Süleymani" adı verildi. ABŞ itki vermədiyini və hərbi bazalara minimal ziyan dəydiyini bildirdi.

Pentaqon bəyan etdi ki, qətllə bağlı əmr şəxsən ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən verilib. Bu ideyanı Amerika liderinə o zaman dövlət katibi olan Mayk Pompeo verə bilərdi.  ABŞ hesab edirdi ki, generalın koalisiya bazalarına və Bağdaddakı Amerika səfirliyinə hücumlarda əli var...

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"