Erməni siyasətçi Levon Zurabyan Paşinyanı Elçibəylə müqayisə etdi: - "Ermənilərin Elçibəyi..."

16 may, 2021 17:50

Xəbər verildiyi kimi bu gün Yerevanda “Erməni Milli Konqresi” partiyasının seçkiqabağı qurultayı keçirilir.

Qurultayda partiyanın sədr müavini Levon Zurabyan çıxış edərək deyib ki, Ermənistanda yaranmış indiki situasiya milli faciədir: fəlakətli məğlubiyyət, insanların həlak olması, suverenliyin itirilməsi, pərt və qəzəbli xalq, kollapsa yuvarlanmış, amma hakimiyyət uğrunda mübarizə aparan dəhşətli siyasi elita.

Levon Zurabyan Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr haqda da danışıb, deyib ki, 250 Azərbaycan əsgəri gəzintiyə çıxırmış kimi “Ermənistan ərazisini tutub”, amma hakimiyyət hələ də Facebook-u tərk edib real həyata qayıda və baş verənlərə adekvat reaksiya verə bilmir.

Levon Zurabyanın sözlərinə görə, Nikol Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı ilə bütün dünyanı özünə qarşı qaldırdı, habelə ATƏT-in Minsk Qrupu formatında aparılan danışıqlardan imtina etdi, Azərbaycana müharibəyə başlamaq üçün fürsət yaratdı. Müxalif siyasətçi deyib ki, əgər Nikol Paşinyanda ağıl olsaydı 2019-cu ildə təklif edilən nizamlama planını (“Lavrov planı”,-red.) qəbul edərdi. “Çünki bu plana görə erməni tərəfi ancaq 5 rayonu qaytarmalıydı, Laçın və Kəlbəcərin taleyi gələcək nəsillərə, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsindən sonraya buraxılırdı. Sülh müqaviləsi həmin beş rayonlarda sülhməramlı qüvvələrin yerləşdirilməsini və onların demilitarizasiyasını nəzərdə tuturdu, yəni bu o demək idi ki, Azərbaycan qoşunları müharibədən əvvəlki mövqelərindən bir santimetr də irəli gedə bilməzdi”,-Zurabyan “Lavrov planı”nın mahiyyəti haqda danışarkən deyib.

Onun bildirdiyinə görə, Nikol Paşinyan sərsəmcəsinə Azərbaycan hərb maşını texnologiyasının üstünlüklərinə məhəl qoymayaraq bu layiqli sülh planını rədd etdi və ölkəni məğlubiyyətə apardı.

“Nikol Paşinyan özünə nə qədər haqq qazandırmağa, baş verənlərə görə ordunu günahlandırmağa çalışsa da bu, işləmir. Bu alçaldıcı məğlubiyyətin başlıca günahkarı, başlıca arxitektoru erməni Elçibəydir, Nikol Paşinyan ermənilərin Elçibəyidir”,-Levon Zurabyan bildirib.

Qurultayda daha sonra partiyanın lideri Levon Ter-Petrosyan da çıxış edib. O, deyib ki, səhhətinə görə çox danışa bilməyəcək, amma məğlubiyyətin səbəblərini göstərəcək. Ter-Petrosyan məğlubiyyətin səbəbinin 1998-ci ildən bəri Ermənistanda hakimiyyətdə olanların avantürist və məsuliyyətsiz siyasəti olduğunu bildirib. 

"Məğlubiyyətin əsası 1998-ci ildə status-kvonu saxlamağa və bir qarış da torpaq güzəştə getməyə əsaslanan səhv inancla qoyuldu. Məğlubiyyətin yekununu isə Nikol Paşinyan özünün “Qarabağ Ermənistandır, nöqtə” bəyanatı ilə elan etdi. Və bu Ermənistan üçün də, Qarabağ üçün də son oldu”,-keçmiş prezident vurğulayıb.

Ter-Petrosyan deyib ki, 23 il boyu hakimiyyətlər özlərini qumarbazlar kimi apardılar, yeni “stavka”lar qoyub daha çox udmağa çalışdılar , bunun üçün artıq udduqlarını da ortaya qoydular.

Virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"