Prezidentin köməkçisi NATO qərargahını ziyarət edəcək

17 may, 2021 10:56

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahını ziyarət edəcək.

Azsiyasət.com xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı onun NATO baş katibinin müavini Mirça Coane ilə görüşəcəyi qeyd olunur.