Gürcülər azərbaycanlılara hücum edir - Vəziyyət pisləşdi - VİDEO

17 may, 2021 12:40

Dünən vaxti ilə Başkeçidə (Dmanisi) köçürülmüş svanların azərbaycanlı qadını döyməsi və digər soydaşlarımıza hücum etməsindən sonra rayonda vəziyyət pisləşib.

Azsiyasət.com xəbər verir ki, hazırda Başkeçidin küçələrində etnik zəmində açıq qarşıdurma yaşanır.

Dəyənəklərlə silahlanan yüzlərlə svan və gürcü küçələrdə onlarla üz-üzə dayanan azərbaycanlılara daş atır. Hüquq-mühafizə orqanlarının isə vəziyyətə adekvat reaksiyası müşahidə olunmur.

Videoda görünür ki, gürcülər azərbaycanlıların evlərinə hücum edir, evlərin şüşələrini sındırırlar.