Araik və Balasanyan həbs olunub, Bakıya göndərilə bilərlərmi? - ŞƏRH

17 may, 2021 15:48

"Düşünürəm ki, Xankəndindəki erməni millətçilərinin separatçı rejiminin qalıqlarının başında ən azı çox adekvat insanlar var və o insanlar yaranmış vəziyyətin real qiymətləndirilməsini apara biləcək şəxslərdir".

Azsiyasət.com xəbər verir ki, bunu milli.Az-a açıqlamasında rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

O bildirib ki, Araik Arutyunyan və Vitali Balasanyanın Moskvanın əmrlərini yerinə yetirməkdən başqa çıxış yolu yoxdur:

"Böyük şərab istehsalçısı Araik Arutyunyan və Ermənistan ordusunda general rütbəsinə yüksəlmiş Vitali Balasanyan hələ də əksər soydaşlarından intellektual cəhətdən daha savadlıdırlar. Ona görə də, bugünkü real vəziyyəti düzgün qiymətləndirə bilirlər.

Hazırda Xankəndindəki ermənilər çox depressiv şəraitdə yaşayırlar. Hazırda o bölgədə yaşayan ermənilərin sosial durumu çökmə ərəfəsindədir. Qarabağda hələ də qalan separatçı rejimin qalıqları özünün iqtisadi durumunu qarşılamağa qadir deyil və hətta öz təhlükəsizliyini təmin etməyi bacarmır. Ümumiyyətlə, Xankəndində, Xocalıda yaşayan ermənilər Rusiya Federasiyasından göndərilən humanitar yardımdan asılıdırlar. Ona görə də separatçı rejimin qalıqları düşünürlər ki, bundan sonra nə edə bilərlər, hazırki vəziyyətdə gələcəklərini necə dəyişə bilərlər.

Aydındır ki, Rusiya sülhməramlılarına Moskvadan verilən təlimatlar əsasında separatçı rejimə təzyiqlər göstərilir. Ermənilər başa düşməlidirlər ki, sülhməramlılarla dalaşmaq, onlara qarşı çıxmaq olmaz, sülhməramlıların bütün tələblərini yerinə yetirmək lazımdır. Çünki Araik Arutyunyan və Vitali Balasanyan anlamalıdırlar ki, sülhməramlıların komandanına qarşı çıxarlarsa, aralarında qarşıdurma baş verərsə, onların Qarabağda azad günlərinə sayılı saatlar qalacaq. Onlar hətta həbs oluna bilər, hətta İrəvana aparmadan birbaşa Bakıya təhvil verilə bilərlər. Bu şəxslər Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfiindən İnterpol vasitəsi ilə elan olunaraq beynəlxalq axtarışa veriliblər. Ona görə də, onlar rahatlıqla Bakıya təhvil verilə bilərlər. Bunun üçün də Araik və Balasanyan məcburdur ki, Rusiya sülhməramlı kontingentinin verdiyi bütün təlimatları, tapşırıqları yerinə yetirsinlər. Bu təlimatlara əməl etməsələr ağır nəticələri ilə üz-üzə qalacaqlar. 

Ermənistan silahlılarının və hərbi texnikasının Xankəndindən çıxarılma səbəbləri də mənim üçün aydındır. Lakin nəzərə alaq ki, erməni silahlılarının və texnikasının Laçın dəhlizi vasitəsilə Xankəndini tərk etdikləri barədə deyilənlər hələ təsdiqini tapmayıb. Hətta bu kadrlar reallığı əks etdirsə də, erməni sepratçıları, silahlıları o yoldan keçərək sülhməramlıların nəzarətində olan ərazini tərk edərək Ermənistana qayıdıblarsa, bu o deməkdir ki, Ermənistanda hazırda hərbi texnika və şəxsi heyət çatışmazlığı var və daxildəki vəziyyəti tənzimləmək üçün oradakı balansı düzəltməyə çalışırlar. 

Rəsmi İrəvan 10 noyabr və 11 yanvar tarixlərində imzalanan üçtərəfli bəyanatların icrasını həyata keçirməyənə qədər Rusiya Ermənistanı nə indi, nə də yaxın gələcəkdə silahlandıracaq. Ermənistan hazırda Qarabağdan hərbi texnikasını və canlı qüvvəsini geri çəkməyə məcburdur. Ermənilərin Xankəndindən və sülhməramlı kontingentin nəzarətində olan digər ərazilərdən canlı qüvvəsini və texnikasını geri çəkməsini müsbət hal kimi qarşılamaq lazımdır. Bu, onu göstərir ki, ən azından o insanlar üçtərəfli həmin bəyanatların tələblərini yerinə yetirməyə çalışırlar. Hətta bu, onun sübutudur ki, Araik Arutyunyan və Vitali Balasanyan öz "kreslolarından" bərk yapışsınlar. Çünki onların bu həyatda başqa sığınacaq yerləri yoxdur. Ona görə də bu insanlar Moskvadan sülhməramlılara verilmiş hər hansı bir tələbi yerinə yetirəcəklər və bu tələblər İrəvandan yox, sırf Moskvadan gələcək".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"