"Ermənistanda seçkilər bitdikdən sonra Zəngəzur dəhlizi açılacaq" - Sergey Kozlov

18 may, 2021 17:25

Mayın 17-də Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirib və bunun ardınca Ermənistanın Zəngəzurdan Azərbaycana dəhliz açma ehtimalını müzakirə etmədiyini və etməyəcəyini birmənalı şəkildə bildirib. Elə bununla da, o, bölgədə kommunikasiya açılmasına qarşı çıxan erməni müxaliflərinin xoruna qoşulub və əslində Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında özünün imzaladığı üçtərəfli bəyanata qarşı çıxıb.

Elə həmin gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin üçtərəfli razılaşmaların alternativsiz həyata keçirilməsinin tərəfdarı olduğunu bildirib. Məcburi məqamlardan biri də hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan arasında Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinin açılmasıdır.

“Sibir-Avrasiya” Ekspert klubunun icraçı direktoru, Sibir İdarəetmə İnstitutunun Siyasət və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Sergey Kozlov Caliber.Az-la bu barədə söhbətləşib.

O qeyd edib ki, erməni tərəfinin dəhliz haqqında söhbətləri seçkiqabağı ehtiraslar və müharibədəki məğlubiyyətdən irəli gəlir:

- Ermənistandakı bütün siyasi qüvvələr 20 iyun seçkilərində səs qazanmaq üçün “müharibədən sonrakı sindrom” haqqında spekulyasiya edirlər. Müharibəni uduzdular, erməni tərəfinə elə gəlir ki, haqsız olaraq məğlub olublar, deyirlər ki, bir az da keçsəydi irəli gedəcəydik və s. Ərazilər Azərbaycana qayıtsa da, “onlara dəhliz verməyəcəyik” və beləliklə kiçik bir qələbə qazanacağıq.

Ancaq bu heç də seçkilərdən sonra dəhlizin təmin olunmayacağı anlamına gəlmir. Seçki öncəsi vədlər vermək başqa, Rusiyanın himayəsi altında aparılan danışıqlar zamanı götürdüyü öhdəlikləri yerinə yetirmək başqa.

- Rusiya Xarici İşlər Naziri Sergey Lavrov və digər yüksək rütbəli Rusiya rəsmiləri bölgənin iqtisadi inkişafı üçün nəqliyyat dəhlizlərinin açılmalı olmasını dəfələrlə vurğulayıblar. Ancaq artıq Nikol Paşinyan özü də deyir ki, Ermənistan Zəngəzurdan Azərbaycana dəhliz açma ehtimalını müzakirə belə etməyəcək.

- Bu cür bəyanatlar, dediyim kimi, seçki öncəsi təbliğat kimi qiymətləndirilə bilər. Üstəlik, Nikol Paşinyan ziddiyyətli açıqlamaları ilə tanınır.

Nəqliyyat dəhlizlərinin açılmasından iqtisadi fayda var, mütəxəssislər bunu başa düşməyə bilməzlər, amma indi yalnız söhbət seçkiqabağı piar və təbliğatdan gedir. Seçkilər keçirildikdən sonra digər qərarlar qəbul ediləcək, amma ictimai müstəvidə yox qapalı nazirlik ofislərində.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"