ABŞ Departamentinin xəbərdarlığı Qarabağda növbəti müharibənin anonsudur?  - Kəşfiyyat məlumatları

20 may, 2021 00:38

“ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Azərbaycan və Ermənistana səyahət etməməyi tövsiyə edib. Xəbərdarlıq ABŞ Dövlət Departamentinin saytında yerləşdirilib. Dövlət Departamenti xəbərdarlıqda səbəb kimi koronavirus, sərhəddəki gərginlik və terror təhlükəsini göstərib. Xəbərdarlıqdakı koronavirus bəndi bəhanəyə oxşayır. Azərbaycanda koronavirusun miqyası xeyli azalıb, ABŞ vətəndaşları virusun yayıldığı daha təhlükəli ölkələrə səfərlər edir və Dövlət Departamenti onlara xəbərdarlıq çağırışı etmir”.

Azsiyasət.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq xatırladıb ki, Dövlət Departamenti terror bəndi üzərində xüsusi dayanaraq bildirib ki, Azərbaycan uzun müddətdir, terror riski ilə üzləşir:

“Bundan başqa ABŞ vətəndaşlarına Azərbaycan-İran sərhədinə, o cümlədən Qarabağ regionuna və ətraf ərazilərə səyahət etməmək tövsiyə edilib.

Xəbərdarlıqdakı bu cümlələr də diqqəti çəkir: “Azərbaycanın Ermənistanla sərhədinə yaxın yollarda ehtiyatlı olun. Yolun bəzi hissələrinin beynəlxalq sərhədləri xəbərdarlıqsız keçə biləcəyinə diqqət edin. Yollar yoxlama məntəqələrinin nəzarətində ola və ya xəbərdarlıq edilmədən səyahət edənlər üçün bağlana bilər”. Dövlət Departamentinin bu xəbərdarlığından hansı nəticə hasil olunur? Dövlət Departamenti ötən ilin sentyabr ayında da oxşar bəyanat yaymışdı. Bəyanatın yayılmasından iki gün sonra müharibə başladı. Demək, müharibənin başlayacağı haqqında kəşfiyyat məlumatı olan Dövlət Departamenti əvvəlcədən vətəndaşlarını Azərbaycanda və Ermənistanda ehtiyatlı olmağa dəvət edib. ABŞ-ın Azərbaycandakı səfirliyinin müharibə günlərində vətəndaşlarına ikinci xəbərdarlığı da olmuşdu. Səfirlik vətəndaşlarına Bakının mərkəzindəki hotellərin birindən uzaq dayanmağı təvsiyə etmişdi. Böyük ehtimalla Vaşinqtonun erməni terrorçularının planı barədə kəşfiyyat məlumatı olmuşdu. Allah saxladı”.

Elxan Şahinoğlu bildirib ki, Dövlət Departamentinin növbəti xəbərdarlığı da kəşfiyyat məlumatlarına dayanır:

“Görünür, Dövlət Departamenti həm kəşfiyyat məlumatlarına, həm də Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə əsaslanaraq iki dövlət arasında növbəti toqquşmanın da qaçılmaz olduğunu hesablayıb. Bunu heç biz də istisna etmirik. Əgər sərhəddə gərginlik azalmasa və erməni hərbçilər sərhədi müəyyələşdirən hərbçilərimizə qarşı təxribat törədərlərsə, aydındır ki, bunu cavabsız qoymayacağıq. Dövlət Departamentinin “terror təhlükəsi” bəndini də qulaqardına vura bilmərik. Vaşinqton Bakını tərəfdaşı sayırsa, əlində olan “terror təhlükəsi” barədə məlumatları Azərbaycanın müvafiq qurumlarıyla bölüşməlidir”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"