İrandakı erməni sevdalıların məkrli açıqlamaları - Dövlət siyasəti, yoxsa...

20 may, 2021 10:52

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Mustaba Zonnurinin Azərbaycanla bağlı anormal fikirlərinin ardından yaranan gərginlik səngimir. Deputatın  Ermənistan sərhədinin toxunulmaz qalmalı olduğunu və regionda istənilən sərhəd dəyişikliyinə sərt reaksiya verəcəklərini söyləməsi hiddət doğurub.

Öncəliklə “İranın Azərbaycana qarşı tutduğu qeyri-sağlam qonşuluq münasibətinin, Ermənistana açıq dəstəyinin qarşısını almaq üçün nə etməliyik” sualı yaranıb. Bununla bağlı əsas təkliflərdən biri budur ki, Vahid Azərbaycan ideyası gücləndirilməlidir. Eyni zamanda İranın Azərbaycanın cənubunu işğal etməsi ilə bağlı petisiya kampaniyası başladılmasının vacibliyi də vurğulanır. Beynəlxalq aləmə, xarici mediaya bu haqda çıxışların, yazıların ötürülməsi təklifləri də səslənir. Bunu isə QHT və digər ictimai institutlar vasitəsilə etməyin mümkünlüyündən söz açılır.

Burada vaxtilə mərhum prezident Əbülfəz Elçibəyin yaratdığı Bütöv Azərbaycan Birliyi (BAB) də gündəmə gətirilir. Hazırda bu təşkilatın fəaliyyətinin nə yerdə olduğu tam məlum olmasa da, təşkilatın aktiv fəaliyyətinin bərpasının önəmli tərəflərinə toxunulur.

VHP sədri, deputat Sabir Rüstəmxanlı İranın dərdinin tarixi köklərinin olduğunu söylədi: 

“Azərbaycan II Qarabağ savaşından sonra altılıq prinsipi ilə qonşularla normal, sağlam münasibətlərini davam etdirmək istəyir. İranla biz daim dinc qonşuluq siyasətini üstün tuturuq. Bu yolu bölgədə sabitlik üçün çox vacib hesab edirik. Azərbaycan heç bir dövlətin sərhədlərinə toxunmur, heç bir dövlətin ərazilərinə göz dikmir. Rəsmi Bakı Ermənistanın ərazi bütövlüyünə təhlükə yarada biləcək heç bir addım atmayıb. İndi qonşu ölkədən belə açıqlamaların gəlməsi, sadəcə, təəssüf doğurur. Bu bir növ Makronun açıqlamalarına bənzəyir. Hələ də Azərbaycan ərazisində qalan erməni terrorçular var. Həmin terrorçuların nəzarəti altında hələ də ərazilərimiz qalır. Eyni zamanda Qarabağdakı rus sülhməramlıları nə iş görürlər, görəcəklər, məlum da deyil. Bütün bunların fonunda İran tərəfin Azərbaycanı günahlandırması xəstə təfəkkürün məhsuludur. Bu gün sərhədlərimizin bərpası prosesi gedir. Sovet dövründə olan sərhədlərimizi bərpa edirik. Biz o iddianı irəli sürmürük ki, bütün Ermənistan əraziləri bizimdir.

Sabir Rüstəmxanlı: “Qonşu ölkədən belə açıqlamaların gəlməsi, sadəcə, təəssüf doğurur, bu, bir növ Makronun bəyanatına bənzəyir”

Görün, haqlı olaraq, Zəngəzur başda olmaqla, tarixi ərazilərimizin iddiasını ortaya qoysaq, nələr yaşanar. Ortada xəritə var, biz həmin xəritə ilə hərəkət edirik. Bir İslam ölkəsi olaraq, İran normal dövlət olsaydı, Naxçıvanla əlaqəmiz üzüləndə öz ərazisindən Araz boyu bizə yol verə bilərdi. Onsuz da Arazın o tayı da bizim torpaqlardır. Buna vicdanla yanaşıb, bunu bilib yol verməli idi. İndinin özündə də gec deyil. Yol verə bilər və həmin verdiyi yolun kilometri qədər də bir rayonumuzun ərazisindən onlara verə bilərik. Təki Naxçıvanla əlaqəmiz üzülməsin. Amma biz bunu da istəmirik. Laçın koridorundan ermənilərə yol verilib. Onlar da bizə Naxçıvan üçün Zəngəzur koridorunu verməlidirlər. Bu, qarşılıqlı razılaşmadır və başqa bir tərəfi yoxdur. İranın təşvişə düşməsinin səbəblərindən biri də Naxçıvana birbaşa getməyimiz üçün bizə yol verilməsi məsələsidir. Bu koridorun açılması ilə Ermənistan bir az asılılıqdan azad olur. Cənub qonşumuz da bunu istəmir. Azərbaycan və Türkiyənin inkişafı da rəsmi Tehranı narahat edir. Türk respublikaları ilə birbaşa nəqliyyat dəhlizləri açılacaq. İran isə bunu həzm edə bilmir. Cənub qonşumuz 2500 illik Turan davasını sürdürür. Bu da Turanı, türkü yox etmək davasıdır”.

Fərəc Quliyev: “Canfəşanlıq edən deputat İran adından danışır”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Bütöv Azərbaycanın qurulacağına tam inanır:

“Bizim millətin böyük hissəsi orada əsarət altındadır və onlara biganə qalmaq olmaz. Bir millətin yarımçıq milli azadlıq hərəkatı ola bilməz. Biz nəticəni Quzeydə qazandıq. İndi mütəmadi olaraq Güneyə dəstək verməliyik. Enində-sonunda Bütöv Azərbaycan qurulacaq. Vaxtilə SSRİ-nin dağılacağını deyirdik, bunu utopiya kimi qəbul edirdilər. İndi belə açıqlamalara anında reaksiya verilməlidir. Hakimiyyət tərəfindən rəsmi açıqlama olmasa da, ən azından parlamentdə müvafiq komissiya tərəfindən reaksiya olmalıdır. Ölkə ictimaiyyətinin də təpkisi önəmlidir. Canfəşanlıq edən deputat İran adından danışır. Mütəmadi olaraq, bu mövqedə İranda olan kəsim tərəfindən belə açıqlamalara rast gəlmişik. Ardıcıl şəkildə belə mövqelərə rast gəlməyimiz həm də onu göstərir ki, bir xətt yürüdülür. Bu, təsadüfən bir adamın ortaya qoyduğu mövqe deyil. Müharibə zamanı ermənilərə mütəmadi dəstək verilməsi, ermənilərə tonlarla silahın İran üzərindən çatdırılması bu ölkənin mahiyyətindən xəbər verir. Rəsmi Tehran 30 il müddətində sərhədlər məsələsinə niyə toxunmurdu? Niyə demirdilər ki, bizim sərhəddə yerləşən bir dövlətin əraziləri işğal olunub? Dünyanın hər yerində millətçilikdən, müsəlman təəssübkeşliyindən danışırlar, amma gözlərinin önündə ərazilərimiz işğal edildi, insanlarımız həyatlarını itirdilər, vəhşiliklərə məruz qaldılar. İndi düşmən üzərində qalib gəlmişik, kapitulyasiya sənədinə qol çəkməyə məcbur etmişik, cənub qonşumuz artıq hərəkətə keçmək istəyir. Çünki Azərbaycanı zəiflətmək üçün Ermənistandan daim maşa kimi istifadə ediblər.

Düşünürlər ki, Azərbaycan bu qədər gücləndikcə, ərazisində yaşayan azərbaycanlılar bundan motivasiya alırlar. Düşünürəm ki, İranın dost ölkə olduğunu biz dedikcə, onların ayaqları yer alır. Hələ mən 2010-cu ildə demişdim ki, Türkmənçay müqaviləsi qüvvədən düşüb. Biz artıq Güneydəki soydaşlarımızın İranın tədbirlərinə əməl etməmələri üçün tədbirlər görməliyik. Türkmənçay müqaviləsini qaldırmaqla Ermənistana qarşı bundan bir baza kimi də istifadə edə bilərik. Çünki bu müqavilədən sonra İrəvan imperiyanın tərkibinə verilib. Dövlət səviyyəsində protokol qaydaları gözlənilməklə Cənubi Azərbaycana tam dəstək verməliyik. İctimaiyyət, siyasi qurumlar bu məsələdə qollarını çırmalayıb işə başlamalıdırlar. Biz bu gün İran tərəfindən səsləndirilən hər bir bəyanata, atılan addımlara sərt təpki göstərməyi, cavab verməyi bacarmalıyıq. Bir az biz tərəfdə problem yaranan kimi problemin üstünə problem qoymağa çalışırlar. Daim Bütöv Azərbaycan hədəfini gündəmdə saxlamalıyıq ki, İran öz yerini bilsin. Eyni zamanda bu hədəfi gerçəkləşdirmək üçün bir addım da fəaliyyətimizi zəiflətməməliyik”.

Aqil Səmədbəyli: “İran ermənilərə ən çox dəstək verən iki ölkədən biridir”

Bütöv Azərbaycan Birliyinin sədri Aqil Səmədbəyli fəaliyyətlərinin davam etdiyini söylədi: 

“Bütöv Azərbaycan Birliyi fəaliyyətini davam etdirir. Əlbəttə, Böyük Lider Əbülfəz Elçibəyin qurmuş olduğu və bu təşkilatın başında fiziki olaraq durduğu dövrlərdə olan fəaliyyət yoxdur, ola da bilməz. Ona görə ki, Elçibəy təkbaşına bir millət idi. Ancaq bugünkü şəraitdə fəaliyyətimiz internet üzərindən toplantılar, konfranslar şəklində davam edir. Əbülfəz Elçibəyin İran siyasətini 20 il əvvəl anlamayanlar, hətta onu günahlandıranlar da indi bu xain qonşunun gerçək üzünü gördükdən sonra onun nə qədər uzaqgörən olduğunu anlamışlar. Təkcə son aylarda deyil, 1988-ci ildən etibarən İran ermənilərin yanında olub. Bu gün İran ermənilərə ən çox dəstək verən iki ölkədən biridir. Əməli olaraq dəstək verir. Azərbaycanda BAB-ın qərargahını 2006-cı ildə əlimizdən aldılar. Birbaşa hakimiyyətin-Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün göstərişi ilə bu baş verdi. Hansı ki, BAB daxili siyasətə qarışmırdı. Sadəcə, Güney məsələsi ilə, eləcə də digər işğal olunmuş bölgələrlə məşğul olurdu. Bu təşkilat İran və Rusiyanın da işinə yaramırdı. Onların mənafeyinə tərs gəlirdi. Bu səbəbdən belə bir vacib milli təşkilatın fəaliyyətinə imkan vermədilər. İndi internetin imkanlarından istifadə edərək fəaliyyətimizi davam etdiririk. Bu ideya indi çox yayılıb və ən öncəliklə qəbul edilən fikirdir. Millətimizin bütün enerjisi bu ideyanın gerçəkləşməsinə yönəldilməlidir. Nə qədər ki, tarixi ədalət bərpa edilməyib, Bütöv Azərbaycan qurulmayıb, bizim rahatlığımız olmayacaq. İndi sevindirici hal odur ki, Türkiyədə də İranın gerçək sifəti tanınır. Buradakı soydaşlarımız artıq İranın gerçək müsəlman deyil, müsəlman görünümlü saxtakarlar olduğuna şahid oldular. Bu arada məlumat verim ki, mayın 20-də Türkiyə saatı ilə 21:00-da BENGÜ TÜRK TV-də 2 saatlıq canlı proqramda bu məsələlərdən geniş danışacam. Bütöv Azərbaycan Birliyi ideoloji, Bəyimizin ən çox önəm verdiyi təşkilat olaraq hədəfə çatana qədər mübarizəyə davam edəcəkdir”.

Musavat.com

19 dekabr

09:54 - Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırdı 09:52 - Neft məhsullarının Ermənistana daşıyan qatar Qazaxdan yola salındı09:49 - Neft yenə 60 dollardan aşağı düşdü

16 dekabr

14:17 - Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir - AÇIQLAMA14:14 - Abbas Abbasov axtarışa verildi - "Mehdiyev işi"14:12 - Müharibə əlilləri və şəhid ailələri - Bu rüsumdan azad edilir

15 dekabr

16:19 - THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib16:16 - Ukrayna-ABŞ danışıqlarının ikinci raundu başladı16:12 - İrəvan Brüsselə üz tutdu - Parlament seçkiləri ərəfəsində "xarici müdaxilə" həyəcanı16:11 - Azərbaycanda idxal-ixrac və tranzit də rəqəmsallaşır 16:04 - Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR

08 dekabr

12:05 - Azərbaycanlı milyarderin işində gizli şahid ortaya çıxdı12:02 - İlham Əliyev iranlı naziri qəbul etdi 12:00 - Rusiya ordusu sürətlə irəliləyir... - "Telegraph"

02 dekabr

13:17 - Zelenski istefa verir? 13:12 - Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi13:10 - Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi

01 dekabr

11:48 - Regionda ən bahalı mobil telefon tarifləri Azərbaycandadır - "Numbeo" 11:46 - Azərbaycanla həmsərhəd ərazidə ŞƏT-in təlimləri başlayır11:43 - Əli Kərimli hansı maddə ilə ittiham edilir?

27 noyabr

14:23 - İlham Əliyev mineral daş yunu zavodunun açılışında...14:20 - "Rusiyanın raket gücü Qərbi Ukrayna üzrə sülhə razı saldı" - "The New York Times" 14:18 - "ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir" - Lukaşenko14:15 - Deputatın oğlu bu dəfə 31 milyonluq tender qazandı

24 noyabr

10:21 - Putin Trampın "Sülh Planı"na münasibət bidirdi10:19 - İran Azərbaycanın tankerini saxlayıb?