"Əsas razılaşma əldə olundu, qalır xırda məsələlər" - İranla yeni nüvə sövdələşməsi

21 may, 2021 10:12

İran prezidenti Həsən Ruhani ötən günkü çıxışında deyib ki, onun ölkəsinin üzərindən ağır sanksiyaların qaldırılmasına yol açmalı olan danışıqlarda mümkün razılaşmanın hüdudları məlum olub.

İran hazırda 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün dünya gücləri ilə danışıqlarda iştirak edir. Vyanada keçirilən danışıqlarda ABŞ-ı çıxmaqla 2015-ci il sazişini imzalamış tərəflər - Britaniya, Fransa, Rusiya, Çin və Almaniya iştirak edirlər. ABŞ nümayəndə heyəti də Vyanadadır, lakin Tehran və Vaşinqton aprel ayından bəri vasitəçilərin köməyi ilə dialoq aparırlar.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəsini 2015-ci il sazişindən birtərəfli qaydada çıxardıqdan sonra Tehran üzərinə ABŞ sanksiyaları bərpa olunub. Lakin ABŞ-ın yeni prezidenti Co Bayden ABŞ-ı bu sazişə qaytarmaq istədiyini bildirib. Bununla belə hər iki ölkənin diplomatları hələki üzbəüz danışıqlara hazır olmadıqlarını bildiriblər.

Ruhani mayın 20-də ölkənin Neft Nazirliyində keçirilən bir tədbirdə bəyan edib ki, Avstriya paytaxtında davam edən danışıqlarda “böyük addım” atılıb və “əsas razılaşma əldə olunub”.O bidlirib ki, bu razılaşma İranın neft, gəmiçilik, sığorta və maliyyə sistemi üzərindəki ağır ABŞ sanksiyalarının qaldırılması ilə nəticələnməlidir. İran prezidentinin dediyinə görə, diplomatlar yekun razılaşmanın əldə olunmasından əvvəl hazırda “xırda məsələləri” müzakirə edirlər.

Mayın 19-da keçirilmiş danışıqlardan sonra İran xarici işlər nazirinin müavini Abbas Araqçi demişdi ki, sazişin çərçivəsi və strukturu artıq müəyyənləşdirilib və sənədin bir çox maddələri üzərində danışıqlar davam edir. Amma Araqçi bunu da demişdi ki, “əsas məsələlər” sonrakı mərhələdə müzakirə olunacaq.

Danışıqlara sədrlik edən Avropa İttifaqının səfiri Enrik Mora deyib ki, o yekun razılaşmanın artıq uzaqda olmadığından xeyli əmindir. Başqa Avropa diplomatları da gələcək razılaşmanın cizgilərinin görünməyə başladığını, amma “uğura indidən təminat verməyin mümkün olmadığını deyirlər. Çinin danışıqlardakı nümayəndəsi Vanq Qun deyib ki, razılaşma əldə edilməsinə hələ bir qədər məsafə qalır.

Rusiya diplomatı Mixail Ulyanovsa sazişin “əlçatan” olduğunu bildirib. Ulyanov deyib ki, danışıqların, iştirakçıların arzuladıqları kimi mayın 21-də başa çatmayacağı aşkardır. O əlavə edib ki, belə bir vəziyyət təəssüf doğrusa da, faciəli deyil. Diplomatlar danışıqların gələn həftə davam etdirilməsi barədə razılığa gəliblər.

Şərhçilər bildirirlər ki, İranda iyunun 18-də keçiriləcək prezident seçkisində mötədil Ruhanını kimin əvəz edəcəyi həm də bu danışıqların nəticəsindən asılı olacaq. Danışıqlar hələ nəticə verməsə də İrana qarşı ABŞ sanksiyalarının yumşaldılacağı haqda xəbərlər artıq neft bazarına təsir edib, qiymətlər 2-3 faiz enib.

virtualaz.org

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"