Çavuşoğlu Blinkenlə hansı ölkələri müzakirə edib?
22 may, 2021 00:23
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Azsiyasət.com xəbər verir ki, telefon danışığında ikitərəfli münasibətlərlə yanaşı, BMT TŞ-nin Fələstin toplantısı, Qəzzada atəşkəs elanı, Əfqanıstan, Suriyaya humanitar yardımlar və Şərqi Aralıq dənizindəki son vəziyyət müzakirə edilib.