Avropa Parlamentindən Azərbaycana qarşı növbəti qərəz - Bakıdan sərt reaksiyalar

22 may, 2021 10:30

Mayın 21-də axşam saatlarında Avropa Parlamenti erməni diversantları ilə bağlı qətnamə qəbul edib. Bakıdan onların qeyd-şərtsiz azad edilməsi tələb edilir. Ermənilər bu qərarın ardından sevinclərini gizlətməyiblər və gələn reaksiyalar bunu göstərir. Azərbaycanda isə bu qətnamə sərt reaksiyalar doğurub.

Xatırladaq ki, mayın 20-də diversantların işinin məhkəməyə göndərildiyi barədə xəbərlər yayılıb. Bu xəbərlərin yayılmasının ardından belə qətnamənin qəbul edilməsi təsadüfi sayılmır.

AĞ Partiya başqanı Tural Abbaslı qərara sərt reaksiya sərgilədi: “Düşünürəm ki, Avropa Parlamenti qərəzli, birtərəfli, araşdırılmamış qeyri-obyektiv qərar qəbul edib. Burada birbaşa erməni təəssübkeşliyi hiss olunur. Azərbaycan öz mövqeyindən qətiyyən geri çəkilməməlidir. Avropa Parlamenti hazırda ölkəmizə qarşı siyasi şantajla məşğuldur. Onların əsas məqsədi Azərbaycanı haqlı mövqeyindən geri çəkdirməkdir. Bu yolla Azərbaycan qarşısında zəifləmiş Ermənistanın mövqelərini nisbətən ölkəmizlə eyniləşdirmək istəyirlər. Eyni sualı verə bilərəm ki, Avropa Parlamenti indiyə qədər 800 mindən artıq insanın məcburi köçkün olması ilə bağlı niyə qərar qəbul etməyib? Hələ də niyə minalanmış ərazilərin xəritələrini Ermənistandan tələb etmir? Xankəndi və digər ərazilərimizə azərbaycanlıların qaytarılması tələbi niyə yoxdur? Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların geri qaytarılması nə üçün tələb olunmur?

Tural Abbaslı: “Avropa Parlamenti hazırda ölkəmizə qarşı siyasi şantajla məşğuldur”

Hazırda da erməni tərəfdə əsirlərimiz var. Onların azad olunmaları barədə indiyə qədər neçə qərar qəbul ediblər? Bütün bunlar onu göstərir ki, Avropa institutları qərəzlidir. Azərbaycanın haqlı mövqeyinə qarşı Ermənistanı gücləndirmək niyyətindədirlər. Rəsmi Bakı qətiyyən bu qərarları ciddiyə almamalıdır. Avropa konkret seçim etməlidir. Ya terrorçu Ermənistanın yanında durmalıdır, ya da Qarabağ konfliktində haqlı mövqeyi olan Azərbaycanın yanında yer almalıdırlar. Düşünürəm ki, Azərbaycan Avropa Birliyinə bu mesajı verməlidir. Rəsmi Bakı hər zaman enerji təhlükəsizliyi və digər əməkdaşlıq məsələlərində Ermənistandan daha sadiqdir. Avropa bunu bir daha nəzərdən keçirib, qiymətləndirməlidir”.

Asim Mollazadə: “Bu qərarın heç bir hüquqi əsası yoxdur”

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə qərarın heç bir hüquqi əsasının olmadığını söylədi: “Avropa Parlamentində erməni diasporuna sıx bağlı olan, ”səlib yürüşləri" təfəkküründə olan qrup Ermənistana dəstək verir. Onlar anti-İslam mövqeyindən çıxış edir, beynəlxalq hüquq normalarına əməl etmirlər. Bu da çox təəssüf doğurur. Ümidvaram ki, onların mövqeləri Azərbaycanla Avropa Birliyi arasında olan uğurlu əməkdaşlığa maneçilik törətməyəcək. Bu sadəcə olaraq erməni diasporuna xidmət edən qüvvələrin təşəbbüsüdür. Bu qərarın heç bir hüquqi əsası yoxdur. Parlamentin mayın 20-də keçirilən iclasında bu məsələ ətrafında müəyyən müzakirələr getdi, etiraz ifadə edən çıxışlar oldu. Hər kəsə bəllidir ki, bu sənəd həm də Azərbaycanla Avropa Birliyi arasındakı isti münasibətlərə xələl gətirmək istəyən qüvvələrin niyyəti altında qəbul olunub".

Qulamhüseyn Əlibəyli: “Milli Məclis səviyyəsində etiraz bildirilə bilər”

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli də eyni cür düşünür: “Avropa Parlamentinin bu qərarının heç bir hüquqi və siyasi əsası yoxdur. Çünki Avropa Parlamenti bir sıra dövlətləri birləşdirir və həmin dövlətlər üçün məcburi sayılan qərarlar qəbul edə bilir. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq edir. Bu baxımdan Avropa Parlamentinin qərarları Azərbaycan üçün məcburiyyət xarakterli ola bilməz. Sadəcə olaraq bu tövsiyə xarakterli qətnamədir. Dediyim kimi, heç bir təsir gücü yoxdur. Rəsmi Bakı o qətnaməyə əhəmiyyət verməyə də bilər. Hesab edirəm ki, elə əhəmiyyət də vermək lazım deyil. Həmin şəxslər müharibədən sonra Azərbaycan ərazisində tutulublar. Ona görə də mühakimə olunmalıdırlar. Azərbaycanın müharibədəki qələbəsi, uğurları bir çox Avropa ölkələrini, strukturlarını ciddi şəkildə narahat edir. Azərbaycanın dünya siyasətində, o cümlədən, Yaxın Şərq siyasətində aparıcı bir dövlətə çevrildiyi bir daha təsdiqlənir. Hesab edirəm ki, Milli Məclis səviyyəsində etiraz bildirilə bilər. Siyasi qüvvələrin də etiraz bəyanatı verməsi mümkündür. Amma xüsusi diqqət yetirmək lazım deyil”.

Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyinin münasibətini öyrənə bilmədik. Nazirliyin mətbuat xidmətindən telefonumuzu açan olmadı.

Musavat.com

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI