Bu ölkə də "Bayraktar"la silahlanır

22 may, 2021 15:26

Polşa Türkiyədən 24 ədəd PUA alacaq.

Azsiyasət.com xəbər verir ki, bunu Polşanın müdafiə naziri Mariuş Blaşak “24” radiosuna açıqlamasında deyib.

“Polşa əvvəllər heç belə avadanlığa sahib olmayıb. Ölkəmiz daha öncə Polşa ordusunun sahib olmadığı 24 ədəd PUA satın alınması məsələsində Türkiyə ilə apardığımız danışıqlar tamamlanıb”, - nazir bildirib.

Sözügedən müqavilə bazar ertəsi Polşa Prezidenti Andrey Dudanın Türkiyəyə səfəri zamanı imzalanacaq.

Bununla Polşa “Bayraktar TB2”ni alan ilk NATO ölkəsi olacaq.