Avropa Belarusa qarşı nə hazırlayır? - Lukaşenko ciddi təzyiqlə üzləşməsə, daha pis olacaq...

24 may, 2021 16:47

Həftəsonu “Ryanair” təyyarəsi Minskdə məcburi endirilənədək Avropa Birliyi (AB) Belarusla bağlı kəskin etinasızlıq yaşayırdı.

Azsiyasət.com "Azadlıq" radiosuna istinadən xəbər verir ki, Avropada Covid-19 pandemiyasının davam etməsi, Rusiyayla münasibətlərin pisləşməsi, İsrail-Fələstin münaqişəsi Brüsselin şərq qonşusunda yaşananları blok üçün arxa plana keçirmişdi. Aleksandr Lukaşenko rejimi təyyarəyə məcburi eniş etdirib müxalifət fəalı Roman Protaseviçi saxlayınca Belarus yenidən AB-nin gündəmində önə çıxdı. Mayın 24-də axşam blok liderləri bir araya gələrək Belarusla bağlı bəyanat və narahatlıq ifadə edən bəyanatdan daha artıq iş görməlidirlər.

Brüssel hansı addımları ata bilər? İlk addım Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) təhqiqat aparmağa çağırmaq olacaq. "Belavia" dövlət hava şirkətinin AB aeroportlarına uçuşlarının, Belarusun hava məkanından AB hava reyslərinin dayandırılması haqda söz-söhbət var.

Bütövlükdə tranzitin, eləcə də Belarusda bloka quru tranzitinin dayandırılması da təklif olunur. Amma qonşu Polşa kimi ölkələrin bu addımın potensial iqtisadi təsirindən dolayı buna razılaşacağı dəqiq deyil. Beynəlxalq Valyuta Fondundan Minskə Covid-19 pandemiyası ilə mübarizə üçün ayırmaların bloklanacağı da bəlli deyil. Bundan başqa qurumlara və fərdlərə aktivlərin dondurulması, viza qadağaları kimi ənənəvi sanksiyalar da mümkündür.

Sanksiyaların dördüncü raundu üzərində iş ilin əvvəlindən başlamışdı və iyunun 21-dək açıqlanmalıydı. Fevraldan başlanmalı olan iş ağrılı dərəcədə ləng gedir və elə bu da Brüsselin Belarusa laqeydliyini aşkar göstərir.

Məsələ ondadır ki, AB-nin diplomatik korpusu sanksiya paketi təşəbbüsünü irəli sürməyə tərəddüd edir, bunun üzv ölkələrin etməli olduğunu bildirir. Litva kimi ölkələr isə deyirlər ki, elə həmişə Vilnüs, yaxud AB-nin digər şərq üzləri belə təşəbbüslərin önündə getməli deyil.

Bu kontekstdə Lukaşenkonun mayın 23-dəki hərəkəti o qədər də təəccüb doğurmur. Mübahisəli avqust seçkisindən sonra o, müxalifəti sıxışdırmağa davam edir, AB isə azından son altı ayda buna elə də böyük reaksiya verməyib.

“AB-nin bəzi rəsmiləri deyiblər ki, Lukaşenkonu rəsmən tanımasalar da, qalib gəlməsi və ölkəni idarə edəcəyi ilə razılaşıblar. Belə bir hiss vardı ki, Belarus Qərbin rahatlıqla gözardı etdiyi ölkəyə çevriləcək, müxalifət lideri Svetlana Tixanovskaya isə ölkənin mühacirətdə yaşayan lideri kimi tanınacaq. İndi bunu dəyişməyə şans yarana bilər – əgər AB və Qərbin qalan hissəsi bunu həqiqətən də istəyirlərsə”, – məqalədə deyilir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"