Navalnı Almaniyaya aparılır: Britaniya Parlamenti təcili araşdırma tələb edir...

22 avqust, 2020 00:51

Tanınmış rusiyalı müxalifətçi Aleksey Navalnının müalicə üçün Almaniyaya aparılmasına, nəhayət ki, icazə verilib. Navalnının mətbuat katibi Kira Yarmış bildirib ki, uçuş sabah – avqustun 22-də səhər saatlarında baş tutacaq.

Qeyd edək ki, Almaniya Navalnı üçün içərisində həkim briqadasının olduğu təcili yardım təyyarəsi göndərib. İlk başda rusiyalı həkimlər Navalnının xəstəxanadan çıxarılmasına icazə verməmişdilər. Bildirmişdilər ki, Almaniyaya göndərilməsi üçün pasiyentin səhhətinin tam sabitləşməsinə nail olmaq lazımdır.

Rusiyada Navalnıya maddələr mübadiləsinin pozulması diaqnozu qoyulub. Omsk xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko bildirib ki, xəstənin orqanizmində zəhər, yaxud zəhərlənmənin əlamətləri aşkarlanmayıb.Yaxın ətrafı isə Navalnının zəhərləndiyinə inanır.

Xatırladaq ki, Navalnı bir neçə gün əvvəl Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən qəfildən halı pisləşib. Təcili Omsk xəstəxanasına yerləşdirilən müxalifətçi hazırda komadadır. Sabah onu Almaniyanın “Charite” xəstəxanasına yerləşdirəcəklər.

Fransız dilindən tərcümədə “Charite” “xeyriyyəçilik” və ya “mərhəmət” deməkdir. Avropanın ən böyük xəstəxanalarından olan “Charite” Berlin Universitetinin nəzdində fəaliyyət göstərir. Klinika Almaniyanın hüdudlarından kənarda da çox məşhurdur.

Əsası 1710-cu ildə qoyulan bu xəstəxana tuan xəstələrinin müalicəsi üçün qurulsa da, sonradan çoxşaxəli tibb mərkəzinə çevrilib. Xəstəxana kompleksində ümumilikdə 3000 çarpayı var, 13 000 işçi çalışır və ildə burada ümumilikdə 800.000 (ambulator, stasionar) pasiyent müalicə alır.

Adi vətəndaşlarla yanaşı, dünyanın dörd bir tərəfindəki məşhurlar da müalicə üçün bu klinikaya gəlir. Məsələn, kansler Angela Merkel 2011-ci ildə “Charite”də diz əməliyyatı keçirib. Almaniyanın hazırkı prezidenti Frank-Valter Ştaynmayer isə bu klinikada öz xanımı üçün böyrək donoru olub.

2014-cü ildə (iki il yarım həbsdən sonra) Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko da burada müalicə alıb. Timoşenkonun müalicəsi öz hesabına olub.

“Mediazona” onlayn nəşrinin təsisçisi Pyotr Verzilov Navalnının “Charite”də müalicəsi üçün şəxsən danışıqlar apardığını bildirib. 2018-ci ilin sentyabr ayında Verzilov özü də oxşar vəziyyətlə üzləşmişdi. Qəfildən özünü pis hiss etmiş, görmə, nitq və hərəkət qabiliyyətini itirməyə başlamışdı. Moskva xəstəxanasında reanimasiya şöbəsində bir neçə gün qaldıqdan sonra “Charite”yə köçürülmüşdü.

Alman həkimlər Pyotrun zəhərləndiyini desələr də, zəhərlənmənin hansı maddə ilə olduğunu təsbit edə bilməmişdilər. Pyotr zəhərlənməsini qisas adlandıraraq, bunu 2018-ci ilin yayında Mərkəzi Afrika Respublikasında üç rus jurnalistin öldürülməsi ilə bağlı apardığı araşdırma ilə əlaqələndirmişdi.

“Twitter”də Verzilov öz simptomlarını Navalnının simptomları ilə müqayisə etdiyini və zəhərlənmələrin çox oxşar olduğunu yazıb.

Bu arada, Britaniya Parlamentinin hər iki palatasının bir qrup üzvü Rusiyanın Londondakı səfirinə Aleksey Navalnının zəhərlənmə iddiaları ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, məlum iddia ilə bağlı təcili olaraq beynəlxalq təhqiqatçıların rəhbərliyi ilə müstəqil araşdırma aparılmalıdır.

Müraciəti imzalayanlar arasında həm hakim Mühafizəkarlar Partiyasından, həm də müxalif Leyboristlər Partiyasından olan aparıcı millət vəkilləri var. Onların fikrincə, müstəqil beynəlxalq araşdırma bu hadisədə Rusiya hökumətinin birbaşa iştirakı ilə bağlı şübhələri aradan qaldırmaq üçün yeganə yoldur.

Tərcümə Strateq.az-ındır

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI