Müxalif bloqer havada "ovlandı", Avropa Belarusla hava əlaqəsini kəsdi

25 may, 2021 18:11

Müxalif NEXTA telegram-kanalının redaktoru, jurnalist-bloqer Roman Protaseviçin Belarus üzərindən uçan sərnişin təyyarəsinin MiQ-29 qırıcısının təhdidi ilə yerə endirilərək həbs edilməsi Minskə qarşı sərt qadağalara gətirib çıxarıb.

Azsiyasət.com virtualaz.org-a istinadla xəbər verir ki, Avropa İttifaqı Belarusla hava sərhədlərini tam bağladığını elan edib və bütün aviaşirkətlərə bu ölkənin hava məkanından uçuşlar etməmək tapşırğı verib. Eləcə də Belarusun aviaşirkətlərinin Avropa məkanında uçuşları qadağan edilib.  İttifaqa üzv 27 ölkənin liderləri habelə Belarusa qarşı yeni iqtisadi sanksiyalara qərar veriblər.

Bazar günü Belarus Afinadan Vilnüsə uçan təyyarədə bomba olması iddiası ilə havaya qırıcı qaldırtdırıb və təyyarə enəndən sonra onun göyərtəsində olan belaruslu müxalifyönümlü jurnalist və icitmai fəal, 26 yaşlı Roman Protaseviç saxlanılıb.

Belarus mətbuatı MİG-19 qırıcılarının müşayiətilə yolu dəyişdirilən təyyarənin göyərtədə "bomba olması xəbərdarlığına görə" məcburi eniş etdiyini yazıb. Lakin "Ryanair" şirkətinə məxsus olan təyyarədə partlayıcının tapılmadığı bildirilir.

Roman Protaseviç Belarusda ötən ilki prezident seçkilərindən sonra başlayan etiraz hərəkatının fəallarından biridir və hakimiyyət onu “ekstremizmdə” ittiham edir. Protaseviç həbs olunduqdan bir gün sonra kamera qarşısına çıxarılıb etirafedici ifadələr verib, özünü günahkar saydığını bildirib və müstəntiqlərlə əməkdaşlıq etdiyini deyib.

TASS xəbər verir ki, Avropa İttifaqının qərarından sonra dünyanın əksər iri aviaşirkətləri Belarus üzərindən uçuşları ləğv ediblər. Fransanın “Air France”, Finlandiyanın “Finnair”, Sinqapurun “Singapour Airlines” şirkətləri və digərləri artıq belə qərarlar veriblər. Hətta Qazaxıstanın “Air Astana” aviaşirkəti də Belarus üzərindən uçuşları dayandırıb. O cümlədən Ukrayna Belarusla hava sərhədlərini bağladığını elan edib. Litva və Latviya isə Belarus diplomatlarını ölkədən xaric etməyə başlayıb.

ABŞ prezidenti Cozef Bayden də bloqerin mülki təyyarənin məcburi yerə endirilməsi yolu ilə həbs edilməsinə görə Belarusa qarşı tədbirlər görəcəyini bildirib.

Gözlənilir ki, bu gün Belarus prezidenti Aleksandr Luşanko baş verənlərlə bağlı xalqa müraciət edəcək.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"