Avropanı titrədən təyyarə qalmaqalı: "Sonuncu diktatoru" nə gözləyir?

26 may, 2021 17:46

Qubad İbadoğlu: “Qərb ona qarşı çox ciddi hücuma keçəcək”

Azər Rəşidoğlu: “Lukaşenko hakimiyyətdə qala bilməyəcək”

Mayın 23-də Afinadan Vilnüsə uçan “Ryanair” hava yollarına məxsus təyyarə Belarus hökuməti tərəfindən Minsk hava limanına endirilib. Bu zaman havaya Belarus Hava Qüvvələrinə məxsus “Miq-29” qırıcıları qaldırılıb. Enişdən dərhal sonra Belarus təhlükəsizlik qüvvələri göyərtədə olan “NEXTA Telegram” kanalının yaradıcısı və keçmiş baş redaktoru Roman Protaseviçi saxlayıb. O, ekstremizmdə və 2020-ci ilin avqust ayında keçirilən prezident seçkilərindən sonra əhalini iğtişaşlara çağırmaqda günahlandırılır.

Avropa İttifaqı (Aİ) Belarus administrasiyasının sərnişin təyyarəsini “məcburi” endirərək içindəki müxalifətçi jurnalisti həbs etməsini qınayıb və bu ölkənin Aİ hava məkanından və hava limanlarından istifadə etməməsinə dair qərar verib. Aİ liderləri sammiti Belçikanın paytaxtı Brüsseldə davam edərkən, Aİ səlahiyyətliləri liderlərin razılaşdıqları bəyannamənin Belarus ilə bağlı hissəsini paylaşıblar.

Buna görə, liderlərin təşkil etdiyi Aİ Şurası Afina-Vilnius səfərini həyata keçirən sərnişin təyyarəsi mayın 23-də Belarusun paytaxtı Minskə bomba xəbərdarlığı səbəbilə “məcburi enişini” qınayıb. Şura sərnişinlər arasında olan və tutulan müxalif jurnalist Roman Protaseviç və rəfiqəsinin dərhal sərbəst buraxılmasını istəyib. Liderlər hadisəni “misilsiz hadisə və qəbuledilməz” adlandırıblar və Beynəlxalq Mülki Aviasiya Təşkilatını təcili istintaq başlatmağa çağırıblar.

Liderlərin açıqlamasında Belarus səlahiyyətliləri və hava sektoru ilə bağlı hədəfləri əhatə edəcək sanksiyalar tətbiq edilməsinə, Aİ-də fəaliyət göstərən hava yolu şirkətlərinin Belarus üzərindən uçmamasına çağırış edilib. Açıqlamada Belarus hava yolları şirkətlərinə Aİ hava məkanının qadağan edilməsi, bu şirkətlərin təyyarələrinin Aİ hava limanlarına girişinin qarşısının alınması da istənilib.

Fransanın nəqliyyat üzrə dövlət katibi Jan-Batist Cebbari bildirib ki, Belarusun “Belavia” aviaşirkətinin təyyarələri üçün Fransa ərazisi üzərində uçuşlara icazə dayandırılıb. ABŞ Dövlət katibi Antoni Blinken bazar günü ABŞ-ın “Avropa İttifaqına üzv iki ölkə arasındakı uçuşun istiqamətinin məcburi şəkildə dəyişdirilməsini və sonradan Minskdə jurnalist Roman Protaseviçin həbsini qətiyyətlə pisləyir” deyib. “Biz onun dərhal sərbəst buraxılmasını tələb edirik”, - deyə o bildirib.

ABŞ-da yaşayan azərbaycanlı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu AYNA-ya açıqlamasında deyib ki, ABŞ və Avropanın Prezident kimi tanımadığı Lukaşenkonun sonu yaxşı görünmür: “Çünki onun etdiklərinə hec nəylə haqq qazandırmaq mümkün deyil. NEXTA-nın qurucu redaktoru Roman Protaseviçə görə dünyanın müxtəlif ölkələrinin, eləcə də ABŞ və Avropa vətəndaşlarının da göyərtəsində olduğu 120 sərnişinin həyatını riskə atmaq  heç şübhəsiz ki, Lukaşenkoya  baha başa gələcək. Çox keçməyəcək ki, “Avropanın sonuncu diktatoru” adını qazanan Lukaşenko  da özünün qorxunc sonluğuna çatacaq”.

“Lukaşenko ağılsız hərəkətinin məsuliyyətini dərk edərək, Roman Protaseviçi azad etməlidir. Əks təqdirdə bu, çox pis örnəklərə yol aça bilər. İnanmıram ki, Qərb bu məsələdə Belarus hakimiyyətinə güzəştə getsin. Əslində bu, Qərb üçün son sınaqdır”, - deyə həmsöhbətimiz bildirib.

İbadoğlu hesab edir ki, ABŞ və Avropa bu məsələdə olduqca prinsipial mövqe tutacaq: “Baş verənlərin fonunda Belarusda hakimiyyət dəyişikliyi mümkündür. Çünki bir müddət bundan öncə Belarusda xalq kütləvi şəkildə ayağa qalxdı və Lukoşenko süqutun bir addımlığında idi. Kremlin açıq dəstəyi ilə bu vəziyyətdən çıxsa da, bu dəfə kütləvi hərəkat başlayarsa, onun buna nail olacağı inandırıcı görünmür”.

“Rusiya da artıq əvvəlki kimi güclü deyil. Yəqin ki, Moskva Belarus rejimini qoruya bilməyəcək. Bu, həm də demokratik dünyanın, Qərbin bir imtahanı olacaq. Əgər onlar Belarusda demokratiyanın qalib gəlməsinə nail olmasalar, ciddi nüfuz itkisinə yol verəcəklər. Lakin bu, baş verməyəcək. Qərb Belarus məsələsində sona qədər dirənəcək”, - deyə alim vurğulayıb.

Politoloq Azər Rəşidoğlu da AYNA-ya şərhində qeyd edib ki, baş vetənlər Belarus hakimiyyəti üçün baha başa gələcək: “Lukoşenko artıq reallıq hissini itirib. 26 yaşlı bloger Roman Protaseviçin bu şəkildə həbsi, heç şübhəsiz, ciddi fəsadlara səbəb olacaq. Rusiya Lukaşenkonun Qərblə əlaqələrini tam kəsir. Lukaşenko artıq Putinin açıq vassalına çevrilib. Bunu Qərb də anlayır və ehtimal edirəm ki, Minskə qarşı təzyiqlər artacaq”.

“Heç təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatları və bəzi Avropa ölkələri müxalif blogeri həbs etmək üçün “FR-4978” reysli təyyarəni bomba təhdidi ilə təcili Minskə enməyə məcbur etməsindən sonra Belarusu dövlət terroru aktında günahlandırıb. Onlar Lukaşenko hökumətini Polşada sürgündə olan, 26 yaşlı bloger Roman Protaseviçi dərhal sərbəst buraxmağa çağırıb. Bir çox ölkələr Belarus ilə hava əlaqələri kəsir”, – deyə hömsəhöbətimiz söyləyib.

Analitikin fikrincə, bu addımı ilə Lukaşenko “tarana getdi” və müxalifət ilə dialoq şansını itirdi: “İndi blogerin həyatı təhlükədədir. Əgər ona qarşı qeyri-insani rəftar olarsa və yaxud onun barəsində ağır cəza hökmü verilərsə, bu, Lukaşenkonun hakimiyyətinin devrilməsi ilə nəticələnə bilər. Digər tərəfdən, bu gün Belarusda iqtisadi böhran dərinləşir. Düşünürəm ki, Putinin Lukaşenkoya verə biləcəyi dəstək böhranın aradan qaldırılması üçün kifayət etməyəcək. İqtisadiyyatın tamamilə  çökdüyü bir ölkədə çevriliş perspektivi də mövcuddur. İstənilən halda, Lukaşenko bir neçə ildən artıq hakimiyyətdə qala bilməyəcək. Əhalinin bütün qrupları arasında ona dəstək həddən artıq azalıb. Son hadisə isə ona olan nifrəti daha da artırdı”.

Rəşidoğlu onu da əlavə edib ki, bu gün Rusiya Avropa İttifaqına oxşar bir qurumun yaradılacağını bəyan edir: “Rusiya Belarusla vahid valyuta, vahid parlament, vahid ordu qurmaqla bu ölkəni öz tabeliyinə keçirməyə cəhd edir. Lakin bu qədər böhran içində olan Belarusu daşımağa Moskvanın imkanı yoxdur. Belarusun xilası Qərbə inteqrasiyada və demokratik islahatlardadır. Əks təqdirdə, Lukaşenkonu da Çauşeskinin taleyi gözləyə bilər”.

Müəllif: Azər Niftiyev,

Ayna.az   

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"