Fransa Ruanda 800 min insanı öldürdüyünü etiraf edir - Makron Ərdoğan ittihamlarından qaça bilmədi

27 may, 2021 15:17

Fransa Prezidenti Emmanuel Makron Ruanda soyqırımına görə ölkəsinin məsuliyyət daşıdığını etiraf edib.

Azsiyasət.com-un DW-yə istinadən verdiyi xəbərə görə, Ruandanın paytaxtı Kiqalidə 250 mindən çox tutsinin dəfn olunduğu soyqırımı abidəsinin qarşısında çıxış edən E. Makron bildirib ki, Fransa uzun illər susmağı Ruandadakı həqiqətdən üstün tutub.

Fransa Prezidentinin Ruanda soyqırımına görə üzr istəməsi gözlənilir.

Qeyd edək ki, Fransa ilə Ruanda arasında münasibətlər 1994-cü ildən – soyqırımın baş verməsindən sonra pisləşib. Ruanda dəfələrlə Fransanı 800 min tutsi və hutinin ölümünə səbəb olan soyqırımında iştirakda günahlandırıb.

Bu ilin martında Fransada açıqlanan hesabatda bildirilib ki, o zaman Fransa səlahiyyətliləri bu qırğınları əvvəlcədən görmədiyi üçün ciddi və böyük məsuliyyət daşıyırlar. Qeyd olunub ki, müstəmləkəçi yanaşma Fransa rəsmilərini "kor edib". Hesabatda bildirilib ki, Fransa 1994-cü ildə Ruanda hökumətini silahlandırıb, təlim keçib, təchiz edib və müdafiə edib.

Hesabata münasibət bildirən Ruanda Prezidenti Paul Kaqame deyib ki, bu hesabat ruandalılar üçün böyük məna ifadə edir.

“Biz Fransanın bu soyqırımında rolunu unuda bilmərik, lakin bağışlaya bilərik”, - deyə Ruanda dövlət başçısı vurğulayıb.

“Twitter”də status paylaşan Makron isə cümə axşamı bildirib ki, o, Ruanda prezidenti Paul Kagame ilə görüşəcək və onlar birgə mətbuat konfransı keçirəcəklər.

Emmanuel Makron Nikolya Sarkozidən (2010) sonra Rauandaya gedən ikinci Fransa prezidentidir. Fransa Ruandada azlıqda olan Tutsi (15 faiz) tayfasının böyük çoxluq olan Hutuyə (84 faiz) qarşı soyqırım törətməsinə dövlət səviyyəsində dəstək verib.

Türkiyə prezidenti Tayyib Ərdoğan erməni soyqırımından dəm vuran rəsmi Parisə dəfələrlə Əlcəzair və Ruandada Fransanın törətdiyi, ancaq hələ də etiraf etmədiyi soyqırımları xatırlatmışdı.

Emmanuel Makron Əlcəzairdə Fransanın törətdiyi vəhşiliklərlə bağlı bir neçə dəfə bəyanat verib. Belə görükür ki, o, Fransada ictimai rəyi Əlcəzairdə baş verənlərin tezliklə genosid kimi dəyərləndirilməsinə hazırlamağa çalışır. Ruandaya bu səfər də orada baş verən qətliamlarda Fransanın suçlu olmasından xəbər verir.

Fransanın Kotdivuar (Fil Dişi Sahili), Seneqal, Mali , Əlcəzair kimi ölkələrdə yerli əhaliyə qarşı qəddarlıq nümayiş etdirməsi ilə bağlı ittihamlar səslənməkdədir. Fransa bu ölkələrdən çəkilsə də, həmin ölkələri özündən asılı vəziyyətdə saxlamaqda davam edir.

Bu bir faktdır ki, 14 Afrika ölkəsindən 12-si Fransanın keçmiş müstəmləkəsidir, CFA adlı valyutadan istifadə edirlər. Həmin valyuta Fransa tərəfindən dövriyyəyə buraxılıb, təbii ki, Fransanın nəzarətindədir.

Fransa fransız dilində danışan Qərbi Afrikada biznes imkanlarını genişləndirməyə də can atır. “Total SE”, “Vinci SA” və “Orange SA” kimi nəhəng Fransa şirkətləri Uqanda, Mozambik, Keniya, Tanzaniya və Efiopiyada biznes fəaliyyətlərini ciddi şəkildə böyüdüblər.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"