Sərhəddəki təxribatın arxasında nə dayanır? - "Ərdoğanın səfərinə mane olmaq istəyirlər"

27 may, 2021 17:17

“Paşinyanın bu məsələdə əli yoxdur. Bu təxribatı Paşinyanın əleyhinə olan adamlar törətdirib.  Çünki sərhəd məsələlərinə dair məxfi danışıqlar getmişdi və bu danışıqlar prosesində  xeyli irəliləyişlər əldə olunub”.

Azsiyasət.com xəbər verir ki, bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri Qabil Hüseynli Azərbaycan-Ermənistan sərhədində baş verən insidenti yenisabah.az-a şərh edərkən deyib.

“Bu yaxınlarda Moskvanın himayəsində Nikol Paşinyanla Prezident İlham Əliyevin görüşündə sərhəd məsələsinə dair yeni bir sazişin imzalanması gözlənilirdi. Bu sazişin bəzi nüanslarını açıqlamışdılar ki, Naxçıvanın Kərki və Qazaxın yeddi kəndinin, Gorus və Kəlbəcərdə mövqelərin dəqiqləşdirilməsi öz əksini tapmalıdır. Buna narazılıq əlaməti olaraq sərhəddə provokasiya törədildi, oraya tank və bir neçə zirehli texnikanın, piyadaların döyüş maşını yeridildi, lakin Azərbaycan ordusu tərəfindən lazımi tədbir görüldü”,-deyə politoloq vurğulayıb.

Qabil Hüseynli təxribata səbəb olan ikinci bir məqamı-bəzi qüvvələrin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgəyə səfərini istəməməsini də diqqətə çatdırıb:

“Hətta açıqca bölgənin təhlükəli olduğunu, müharibənin yenicə bitdiyini, silahlı qüvvələrə nəzarət etmək imkanlarının olmadığını deyirlər və buna görə də belə səfərlərin baş tutmasının arzulanmadığını bildirirlər. Bunu Rusiyanın müəyyən dairələri, Ermənistanın isə hamısı deyir. Bu nöqteyi-nəzərdən həmin provokasiyalar bir növ Ərdoğanın səfərinə mane olmaq üçün də törədilə bilər. Hətta Rusiyanın Ərdoğanın bölgəyə səfər etməsini istəmədiyinə zərrə qədər də şübhəm yoxdur. Çünki Ərdoğanın bölgəyə səfəri Türkiyənin bölgədəki zəfərini bir daha təsdiqləyəcək. Bir qisim qüvvələrə göz dağı olacaq ki, bu bölgədə Azərbaycan-Türkiyə dostluğuna, birliyinə mane olacaq heç bir qüvvə yoxdur. Onlar hər hansı bir səfeh addıma əl atarsa, qarşılarında Türkiyə və Azərbaycanı görəcəklər. Ortada müxtəlif intriqalı, siyasi maraqları əks etdirən oyunlar oynanılır. Bütün bunları nəzərə alaraq Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Azərbaycan gəlir. Bundan başqa, Qarabağ ətrafında həm Türkiyə, həm də Azərbaycan təhlükəsizlik qüvvələrinin xüsusi əməliyyatları və yoxlamaları keçirilir. Yəni bölgə tam nəzarətdədir. Nəzərə almaq lazımdır ki, Ərdoğan kifayət qədər prinsipial şəxsdir. Belə şeylərlə onu geri çəkindirmək asan məsələ deyil”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"