Paşinyan Azərbaycan hökumətinə Ermənistanla sərhəddə ABŞ-dan müşahidəçilər yerləşdirməyi təklif etdi

27 may, 2021 19:08

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhəd böhranının aradan qaldırılması təklifi ilə çıxış edib.

Diplomatik mənbələrdən virtualaz.org-a məlum olub ki, N. Paşinyan Azərbaycan hökumətinə qoşunlarını geri çəkməyi və Ermənistanla Azərbaycan arasında sərhəddə ABŞ-dan beynəlxalq müşahidəçilər yerləşdirməyi təklif edib. N.Paşinyan Azərbaycanın siyasi rəhbərliyinə ünvanladığı məktubunda öz təklifini, ABŞ-ın Minsk Qrupunun həmsədri kimi vasitəçilik statusu ilə əsaslandırıb.