ABŞ Azərbaycanın Ermənistanla sərhədinin demarkasiya prosesinə başlamağa hazırdır
ABŞ Azərbaycanın Ermənistanla sərhədinin demarkasiya prosesinə başlamağa hazırdır.
ABŞ Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası məqsədi ilə sülh danışıqlarının aparılmasına yönəlmiş səylərə dəstək verməyə hazırdır.
Azsiyasət.com virtualaz.org-a istinadla xəbər verir ki, Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Ned Praysın bəyanatında belə deyilir.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhəd böhranının aradan qaldırılması təklifi ilə çıxış edib. N. Paşinyan Azərbaycan hökumətinə qoşunlarını geri çəkməyi və Ermənistanla Azərbaycan arasında sərhəddə ABŞ-dan beynəlxalq müşahidəçilər yerləşdirməyi təklif edib.
N.Paşinyan Azərbaycanın siyasi rəhbərliyinə ünvanladığı mesajında öz təklifini, ABŞ-ın Minsk Qrupunun həmsədri kimi vasitəçilik statusu ilə əsaslandırıb.