Ermənistan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə...

28 may, 2021 10:46

Ermənistanda daxili siyasi vəziyyət az qala vətəndaş müharibəsinə çevrilmək həddindədir.

Azsiyasət.com xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

Ter-Petrosyanın qeyd etdiyi kimi, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan və eks-prezident Robert Koçaryan arasında aşkar şəkildə antaqonizm mövcuddur. Və o, bu düşmənçiliyin qarşısı alınmasa, nə olacağını təsəvvür etməyə qorxur. Keçmiş dövlət başçısı hesab edir ki, hər iki tərəf ölüm-qalım məsələsini həll edir.

Onun fikrincə, siyasi mənada 27 siyasi qüvvənin parlament seçkilərində iştirak etməsi üçün qeydiyyata alınması normal deyil. Parlament idarəetmə sistemi olan dövlətlərin maksimum 2-3 güclü partiyası olmalıdır. Onlar vaxtaşırı bir-birini əvəz etməli, dövlət düşüncəsinə malik olmalı və ölkəni sarsıntılara gətirməməlidirlər.

Ter-Petrosyan əmindir ki, Ermənistan üçün parlament idarəetmə sistemi ölüm deməkdir. Və mütləq idarəetmənin Prezident formasına qayıtmaq lazımdır. O, parlament sisteminə keçidi üçüncü prezident Serj Sarqsyanın ən böyük səhvi adlandırıb.

Sabiq dövlət başçısı xatırladıb ki, bundan əvvəl o, Koçaryana və Sarqsyana Paşinyanı devirmək məqsədilə seçkidə birgə iştirak təklif etmişdi. Ter-Petrosyan hesab edir ki, bu, Paşinyandan xilas olmaq üçün ən ağıllı yol idi, amma ikinci və üçüncü prezidentlər bu təklifi rədd etdilər.

İndi isə belə düşmənçilik və hərc-mərclik fonunda Ter-Petrosyan vəziyyətin inkişafının bir neçə mümkün variantını sadalayır. Ya Paşinyan, ya da Koçaryan qalib gəlir ki, bu da hər ikisi ilə bağlı az ağlabatandır. Başqa variantda isə rəngarəng mənzərə yaranır: heç kim əksəriyyət qazana bilmir və ölkə siyasi böhranların burulğanına düşür. Bu halda parlament ittifaqları, bir qayda olaraq, möhkəm olmurlar.

Bununla yanaşı, Ermənistanın birinci prezidenti qeyd edib ki, digər partiyalardan fərqli olaraq, onun proqramı lakonikdir və yaranmış vəziyyətin tənzimlənməsinə yönəlib.

"Hazırda bütün partiyalar bu və ya digər sahələrdə islahatların qeyd olunduğu geniş proqramlar, xarici siyasətin vizionunu təqdim edirlər. Belə bir sənədi bizə də gətirmişdilər. Uşaqlara dedim ki, atın kənara”, - deyə Ter-Petrosyan bildirib.

O, bütün bunların parlamentdə çıxış etmək üçün yaxşı mövzu olduğunu bildirib, amma qeyd edib ki, əslində isə bu gün ölkəni bürümüş yanğının söndürülməsi daha vacibdir. Ermənistanın ilk prezidenti mövcud vəziyyəti 90-cı illərin əvvəlləri ilə müqayisə edib. Onun sözlərinə görə, dövlət maşını, indi olduğu kimi, o vaxt da  dağılmışdı, idarəetmə sıfır səviyyəsindəydi, polis yox idi, yerli özünüidarə orqanları yox idi, məhkəmələr işləmirdi...

Ter-Petrosyanın fikrincə, Ermənistanı çox kədərli günlər gözləyir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"