Lalə Şövkət əməliyyat olundu: "Hazırda reanimasiyadadır"
22 avqust, 2020 16:02
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət bu gün cərrahiyyə əməliyyatı olunub, əməliyyat uğurlu keçib. Bu barədə Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.
S. Şövkətin sözlərinə görə, hazırda Lalə Şövkət reanimasiyadadır: “Vəziyyəti protokola uyğundur”.
Qeyd edək ki, Lalə Şövkət yoğun bağırsağında olan şişdən əziyyət çəkirdi.
"apa"