Avropa Şurasının baş qərargahı Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - FOTOLAR

29 may, 2021 13:35

Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurasının baş qərargahı 28 may-Respublika Günü münasibətilə Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb.

Azsiyasət.com xəbər verir ki, Strasburqda yaşayan Azərbaycan icmasının üzvləri mərasimi canlı izləmək məqsədilə baş qərargahın qarşısında toplaşıb.

Qeyd edək ki, azərbaycanlılarla yanaşı, mərasimə Fransadan olan gənclər də qatılıb.