"Protaseviç MKİ-nin agentidir" - Rus politoloq

29 may, 2021 14:30

“Rusiyanın hadisəyə münasibəti gözlənildiyi kimi olacaq: məsələ Belarusun daxili işidir və terroristi zərərsizləşdirmək hər bir dövlətin vəzifəsidir”.

Azsiyasət.com xəbər verir ki, bunu rusiyalı politoloq, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovin “Rossiya24” kanalına müsahibəsində Belarusda məlum təyyarə insidenti və həbslərlə bağlı Rusiyanın rəsmi mövqeyi barədə öz fikrini bildirərkən deyib.

O qeyd edib ki, Rusiyanın hadisəyə reaksiyası tamamilə adekvat və məntiqə uyğundur.

“Düşünürəm ki, bu məsələ Belarusun daxili işidir. Qoy məsələnin araşdırılması ilə Belarusun, Latviya və Litvanın aviasiya qurumları, aviadaşımalara cavabdeh olan təşkilatları məşğul olsunlar. Daha doğrusu, bu reaksiya Rusiyanın belə hadisələr baş verən zaman həmişə bildirdiyi tipik, standart reaksiyadır.”

“Avropa dövlətlərinin reaksiyası haqqında isə bunu demək olmaz. Onların reaksiyası siyasidir, həmin dövlətlərin rəhbərlərinin ABŞ-a sadiqliyinə və ABŞ-ın geopolitik layihələrinin həyata keçirilməsi prioritetinə əsaslanıb. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Belarusdakı daxili vəziyyətə aktiv müdaxilə etməklə öz agenti Protaseviç vasitəsilə ölkənin konstitusion quruluşuna qəsd edir. Protaseviç Belarusda mövcud hakimiyyəti devirməyə cəhd edən MKİ-nin agentlərindən biridir. İstənilən ölkədə bu cür fəaliyyət ağır cinayət hesab edilir və buna görə kifayət qədər ciddi cəza tətbiq edilir. Bu səbəbdən də Avropanın əsasən şərq ölkələrinin, xüsusilə də Latviya və Litva kimi cırtdan dövlətlərin rəhbərlərinin reaksiyaları vəziyyətin sırf siyasi xarakter daşıdığını göstərir. Bu bəyanatlarda hüquqi qiymət verməkdən söhbət belə gedə bilməz”, – Korovin vurğulayıb.

Rusiyanın məsələyə sakit, Avropanın isə isterik yanaşması barədə sualı cavablandırarkən politoloq deyib: 

“Rusiyanın mövqeyi həmişəki kimi sakit, təmkinli, mülayim və sağlam məntiqə əsaslanmış şəkildədir - Ajiotajsız, isterikasız. Çünki qeyri-adi heç nə baş verməyib, Qərb xüsusi xidmət orqanlarının ruhuna tam uyğun proseslər baş verir. Təyyarədə olan Protaseviç beynəlxalq terrorçudur. O Avropa dövlətlərindən birinin konstitusion quruluşuna və suverenliyinə qəsd edən bir terrorçu olduğuna görə böyük ehtimalla onda bomba da var idi. Protaseviçdə bombanın olması ehtimalı eynilə İraqda kütləvi qırğın silahının və ya Suriyada kimyəvi silahların olması ehtimalına bərabər bir ehtimal idi. Daha doğrusu, əgər bir təyyarədə terrorist uçursa, deməli, o üzərində bomba da apara bilər. Ona görə də qeyd etmək lazımdır ki, Belarus Xüsusi xidmət orqanları sırf Qərb xüsusi xidmət orqanlarının yanaşması ilə hərəkət ediblər. Çexiya, Latviya, Litva kimi açıq-aşkar ABŞ-ın vassalı olan, Dövlət Departamenti tərəfindən birbaşa idarə edilən, MKİ-nin Avropadakı bütün oyunlarında qulluqçu kimi ona bağlı olan Şərqi Avropa dövlətlərinin liderlərinin belə isterik hərəkətləri təəccüblü deyil. Onlar Belarusda mövcud hakimiyyəti devirmək istədilər, onların agentləri məhz elə Qərb metodları ilə tutuldu və onlar bundan çox narazadırlar və iztirab çəkirlər. Çünki Protaseviç Belarusda qanuni hakimiyyətin devrilməsində vacib elementlərdən biri idi. Əlbəttə ki, onlar böyük itkilər verdilər. Xüsusilə də MKİ siyasi itkilərlə bərabər xeyli maliyyə itkisinə məruz qaldı. Ona görə də biz bu gün Avropanın belə isterik reaksiyalarını, Rusiyanın isə sakit, təmkinli, mülayim və sağlam məntiqə və qanuna əsaslanmış reaksiyasını görürük ”- deyə politoloq bildirib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"