Putin və Lukaşenko dəniz gəzintisində - FOTO

29 may, 2021 22:21

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Soçidə dəniz gəzintisinə çıxıblar.

Azsiyasət.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko hələ də Rusiyada səfərdədir, dünən və bu gün iki prezidentin - Lukaşenko və Putinin ünsiyyəti olub”, - Kremlin nümayəndəsi deyib.

Peskov xatırladıb ki, cümə günü liderlərin rəsmi danışıqları olub.

“Bu gün bu danışıqların qeyri-rəsmi hissəsidir”, - Peskov qeyd edib.