Putin-Bayden görüşünün keçiriləcəyi oteldə bütün nömrələr alınıb

31 may, 2021 10:12

ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında Cenevrədə görüşün keçiriləcəyi yer hələ açıqlanmayıb. Amma jurnalistlər onların “İntercontinental” otelində görüşəcəyinə dair dəlillər əldə ediblər. Belə ki, oteldə bütün nömrələr iyunun 11-dən 18-ə qədər alınıb. Bayden-Putin sammitinin iyunun 16-da baş tutacağı gözlənilir.

İsveçrə KİV-ləri yazırlar ki, görüşün “İntercontinental” otelində keçirilməsi planlaşdırılır. 1985-ci ildə o vaxtkı ABŞ prezidenti Ronald Reyqanla SSRİ rəhbəri Mixail Qorbaçovun danışıqları da həmin oteldə olmuşdu. Hələlik görüşün həmin oteldə keçiriləcəyinə dair informasiyanı tərəflər rəsmən şərh etməyiblər. O cümlədən otelin əməkdaşı hər hansı şərh verməkdən imtina edib. Bununla belə təsdiqləyib ki, oteldə 11-18 iyun tarixlərində nömrə bron etmək mümkün deyil.

Hələlik otelin ətrafında sammitə hazırlıqla bağlı hansısa canlanma müşahidə edilmir. KİV-lər qeyd edirlər ki, görüşün keçirilə biləcəyi digər məkan  “Wilson Hotel” ola bilər. Çünki həmin oteldə də iyunun 11-dən 18-nədək nömrə bron etmək mümkün deyil, habelə otelin ətrafında tünd qara şüşəli, diplomatik nömrə nişanlı avtomobillər gözə dəyir.

Bayden-Putin sammitində ABŞ-la Rusiya arasında indiki gərgin münasibətlərin yumşaldılması yollarının axtarılacağı gözlənilir. ABŞ prezidenti bildirib ki, Cenevrədə Rusiya prezidenti ilə görüşündə insan haqları məsələsini qaldıracaq və Rusiyanın insan haqlarını pozmasını qəbul etməyəcəyinə dair Putinə aydın mesajlar verəcək.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"