Qarabağ onun köməkliyi ilə işğal edilmişdi: Rusiyanin sabiq müdafiə naziri ermənilərlə kef məclisində - FOTOLAR

31 may, 2021 11:10

1980-cı illərin sonunda ermənilərə bir çox havadarları tərəfindən göstərilən dəstək yekunda Qarabağın işğalı ilə nəticələndi.

Heç kimə sirr deyil ki, hələ SSRİ dövründə özünə yüksəkçinli məmurlar arasında havadarlar tapmış ermənilər, onların köməyindən müstəqillik zamanı da istifadə ediblər.

Bu baxımdan Rusiyanin sabiq müdafiə naziri Pavel Qraçev də Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə və erməni işğalına “yaşıl işıq” yandıranlardan biri kimi “tarixə düşüb”.

Bu faktı təsdiq edən daha bir sübut sosial şəbəkələrdə yayılıb.

Fotoda Rusiyanın o zamankı müdafiə naziri Pavel Qraçev və erməni həmkarı, Qarabağın işğalına rəhbərlik etmiş Vazqen Sarkisyan spirtli içki qəbul edərək hovuzda əylənirlər.

Məhz bu yaxınlıq da Qarabağın işğalını şərtləndirən amillərdən biri kimi yadda qalır.

Belə ki, Pavel Qraçev Rusiya Federasiyası Müdafiə Məsələləri üzrə Dövlət Komitəsinin sədri olaraq 366-cı motoatıcı alayın şəxsi heyətinin erməniləşdirilməsi təklifini irəli sürüb. Bu isə heç də təsadüf sayıla bilməz, çünki Qraçevin anası da milliyətcə erməni olub. Hətta V.Sarkisyanın öz aralarında onu “Qraçyan” adlandırdığı və rusiyalı generalın da bundan böyük zövq aldığı bildirilir. Qraçev həmçinin Azərbaycan ərazilərinin işğalı, eləcə də Xocalı və Qaradağlı soyqırımılarında əli olanlardan biridir.

Onun vəzifəyə təyin olunduğu 1992-ci ilin mayı isə ermənilər üçün Şuşanın işğalına yol açdı.

Tarix Qraçev və onun kimi bir sıra cinayətkarların haqq-hesab gününü qiyamətə saxlasa da, fotodakı digər şəxs, Ermənistanın Milli Qəhrəmanı, Müdafiə naziri, keçmiş baş nazir, general Vazqen Sarkisyanı törətdiklərinə görə elə bu dünyada cəzalandırıb. “Ermənistan ordusunun qurucusu” və Qarabağın işğalı planının müəlliflərindən olan Sarkisyan 1999-cu ildə Ermənistan parlamentinə hücum zamanı elə öz “qədirbilən” həmvətənləri tərəfindən güllələnib. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"