"Biz 30 il Qarabağı zəhərlədik və qarət etdik" - Şok etiraf

31 may, 2021 19:23

Məşhur erməni bloger öz millətinin heç vaxt eşitmək, qəbul etmək istəmədiyi dəhşətli faktları açıqlayıb.

Erməni bloger Roman Baqdasaryan öz birbaşa efiri zamanı Qarabağla bağlı bütün həqiqətləri xəritələrlə izləyicilərinə çatdırıb, Ermənistan-Azərbaycan münaqişəsinin başlanması ilə bağlı maraqlı faktları açıqlayıb və 30 ildən artıq zaman ərzində yalnız saxtakarlıqla və aldanma ilə məşğul olanların adlarını çəkib.

Azsiyasət.com xəbər verir ki, bloger öz efirindəki çıxışında 1988-ci ilə qədər Qarabağ ərazisində yaşayan ermənilərin dəqiq sayını açıqlayaraq, maraqlı bir məqama diqqət yetirib.

“Həmin dövrdə orada 150 mindən çox erməni yaşayırdı. Qarabağdakı bu ermənilərin təhtəlşüur səviyyəsində beyinlərinə yeridildi ki, guya onların hüquqlarını Azərbaycan qorumur və Bakı guya Qarabağın inkişafına mane olur. Guya Bakı orada yaşayan ermənilərin sayını azaltmağa çalışıb. Əsas ideya isə Azərbaycanın tərkibindən çıxmaq idi. Bu baş verdi, amma…

Çoxları bilmir ki, o illərin rəsmi məlumatlarına görə, Köçəryan və Sərkisyanın hakimiyyəti dövründə (Qarabağa nəzarət Ermənistanda olduğu dönəm – red.) “artsaxlı-erməni”lərin sayı 150 mindən 80 minə qədər azalmışdır. Təsəvvür edin, oradakı insanlar, hansılar ki, bir ağızdan deyirdilər ki, guya Azərbaycan onlara inkişaf etməyə, normal yaşamağa imkan vermir, həmin ərazilərə nəzarət İrəvana keçəndən sonra Qarabağdan başlarını götürüb qaçdılar. Bu ermənilər Qarabağdan Rusiyaya qaçdılar. Bir sözlə, Köçəryan və Sərkisyan həmin illərdə öz xalqının “ağ soyqırım” aktını həyata keçirdi.

Qarabağ Ermənistanın nəzarətinə keçəndən sonra baş verən cinayətlərlərdən danışaq. Qarabağın bütün təbii ehtiyatları İrəvan tərəfindən oğurlanaraq xaricə satıldı. Biz Qarabağda hər şeyi məhv etməyə çalışırdıq. Həmin dövrdə Martakertdən (Ağdərə – red.) İrəvana, daha dəqiq desək, cəllad və oğruların ciblərinə böyük qızıl ehtiyatlarından gələn gəlirin axmasına dair onlarla sübutlar var. Bu pullardan bir qəpik də Ermənistanın büdcəsinə keçirilməyib. Eyni sözləri Qarabağın ağacları haqqında da demək olar. Bütün meşələr məhv edilirdi, pullar isə yenə Köçəryan və Sərkisyan ciblərinə gedirdi”, – deyə erməni bloger qeyd edib.

Bağdasaryan deyir ki, ermənilər hər yerdə belə deməyə öyrəşiblər: guya 1988-ci ilə qədər Qarabağ erməniləri üçün Azərbaycanın tərkibində yaşamaq çox çətin idi:

“Amma əslində Qarabağ məhz Ermənistanın nəzarətinə keçdikdən sonra boğulmağa başladı. Bundan başqa, Ermənistan tərəfi o dövrdə bütün Qarabağ üzrə su elektrik stansiyaları tikməyə başladı. Bu su elektrik stansiyalarından çıxan çirkab tullantıların hamısı oradakı çaylara axıdıldı. Biz sadəcə olaraq Qarabağı zəhərləməklə məşğul idik. Yeri gəlmişkən, bütün bu su elektrik stansiyaları Daşnaksütyun Partiyasının üzvlərinə məxsus idi.

Biz bunu bilməliyik və hər şeyi Paşinyanın üstünə yıxmaqdansa, bir az bu faktlar barəsində danışmalıyıq”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"