Rəsmi Bakıdan Makrona cavab: "Bölgədəki atəşkəs şəraitində Fransanın hər hansı rolunu görmürük"

02 iyun, 2021 00:03

"Öncə vurğulamaq istərdik ki, bölgədə atəşkəs təmin edilir və bunun əsasında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı birgə bəyanat dayanır. Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri sülhməramlı missiyanı yerinə yetirərək atəşkəsin təmin olunmasına çalışırlar. Bu məsələdə Fransanın hər hansı rolunu görmürük".

Azsiyasət.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa Prezidenti E.Makronun Ermənistan baş naziri ilə birgə mətbuat brifinqində səsləndirdiyi fikirlərə münasibət bildirilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

L.Abdullayeva bildirib ki, Azərbaycan tərəfi hər zaman bütün hərbi əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi mövqeyindən çıxış edib:

"Dəfələrlə bəyan etdiyimiz kimi, Azərbaycanda erməni əsilli hərbi əsir yoxdur, o ki, qaldı üçtərəfli bəyanat imzalandıqdan sonra 26 noyabr 2020-ci il tarixində Azərbaycan ərazisinə göndərilən və burada terror aktı törədən diversant qrupun üzvlərinə, habelə 27 may tarixində Kəlbəcər rayonu istiqamətində ərazimizə daxil olaraq yolların minalanmasına yönələn təxribatçı fəaliyyət cəhdi göstərən kəşfiyyat-diversiya qrupunun üzvlərinə onlar hərbi əsir deyillər.

Ermənistan tərəfindən itkin düşmüş erməni əsgərləri ilə bağlı irəli sürülmüş saxta ittihamlar ilə bağlı qeyd etmək istərdik ki, bu günlərdə Ermənistanda aşkar edildiyi kimi itkin düşmüş erməni əsgərləri morqların birində soyuducuda saxlanılır və bu da Ermənistanda böyük qalmaqala səbəb olub. Azərbaycan isə öz tərəfindən humanitar prinsiplərdən çıxış edərək, 1 600-ə yaxın erməni hərbçisinin cəsədlərini tapıb və bu prosesdə Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç iştirak edib. Erməni əsgərlərinin cəsədləri qarşı tərəfə təhvil verilib. Lakin hələ 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 000-dək azərbaycanlı barədə məlumat bu günədək Ermənistan tərəfindən verilməyib. Fransa Prezidentinin çıxışında müsəlman abidələrinin də bərpa olunmasına dair fikrini alqışlayırıq. Lakin Fransa Prezidentinin çıxışında istinad etdiyi Dağlıq Qarabağ adı ilə bağlı vurğulamaq istərdik ki, belə bir inzibati ərazi vahidi mövcud deyil".

Çıxışda istinad edilən birbaşa dialoq məsələsinə gəldikdə, bu artıq baş verir:

"11 yanvar 2021-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanata istinadən baş nazirlərin müavinləri səviyyəsində görüşlər keçirilir və dialoq mövcuddur. Lakin Fransanın bu prosesdə hər hansı rolu yoxdur.

Delimitasiya və demarkasiya prosesinə gəldikdə, bəyan etdiyimiz kimi, Azərbaycan delimitasiya prosesinə başlamağı dəstəkləyir və bu proses danışıqlar yolu ilə öz həllini tapmalıdır. Bir daha da qeyd etmək istərdik ki, Azərbaycan hərbiçiləri öz doğma torpaqlarında xidmət göstərirlər. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1997-ci ildən Fransa həmsədr qismində fəaliyyət göstərsə də Fransa tərəfindən heç zaman Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması əlaqədar çağırış edilməmişdir. Baxmayaraq ki, bu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələbi idi. Sərhəd məsələlərinin müzakirələr yolu ilə həll edilməsinə gəlincə bildirmək istərdik ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə həllinin daim tərəfdarı olmuşdur və 28 il danışıqlar prosesində iştirak etmişdir. Odur ki, Azərbaycan hər zaman müzakirələrə və danışıqlar prosesinə açıqdır.

Fransanın qəti şəkildə regiona qayıtması barədə açıqlama isə anlaşılan deyildir. Fransa həmsədr ölkədir və bu statusda 1997-ci ildən regional proseslərdə iştirak edir. Ona görə də bu açıqlama anlaşılan deyildir.

Sirr deyil ki, Fransa Ermənistana xüsusi rəğbəti vardır, amma Minsk Qrupunun həmsədri kimi bu ölkə rəsmi neytrallığını saxlamalıdır. Ümid edirik ki, həmsədrlik mandatına uyğun olaraq Fransa tərəfindən neytral və qərəzsiz mövqe sərgilənəcəkdir".

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"