Paşinyan Parisdə etirazlarla qarşılandı - FOTOLAR

02 iyun, 2021 00:22

Fransada rəsmi səfərdə olan Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu ölkədə yaşayan ermənilərin kütləvi etirazları ilə qarşılaşıb.

Azsiyasət.com xəbər verir ki, erməni KİV-də yayılan məlumata görə, Fransa erməniləri Parisdəki Ermənistan səfirliyi binası qarşısına toplaşıblar.

Onlar “Nikol, satqın” şüarlarını səsləndiriblər və “Təslimçi”, “Satqın” sözlərinin yazıldığı plakatlar qaldırıblar. Etirazçılardan biri Paşinyanın “it kimi gəbərməsini” arzulayıb və “bu, Fransaya dövlət büdcəsi hesabına axırıncı dəfə gəlməyindir”, - deyə qışqırıb.