Bakı və Yerevan Moskvada sərhəddəki vəziyyəti müzakirə edəcək

02 iyun, 2021 11:05

Azərbaycan və Ermənistan nümayəndələri sərhəddəki vəziyyətlə bağlı bu gün Moskvada görüş keçirəcək.

Azsiyasət.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı diplomatik mənbəyə istinadən məlumat yayıb. Görüşdə Azərbaycanı Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, Ermənstanı isə Baş Qərargah rəisinin müavini Arşak Karapetyan və Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Arman Qasparyan təmsil edəcək.

Qarabağdakı sülhməramlıların komandiri Rüstəm Muradov isə Rusiya tərəfindən danışıqlarda iştirak edəcək.